Yuxarı

QRU rəhbərləri ard-arda niyə ölür? – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş rəisi İqor Serqun öldürülə bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə öz Feysbuk səhifəsində rusiyalı iqtisadçı Slava Rabinoviç çıxış edib. Onun sözlərinə görə, Serqun Malaziyanın "Boinq" təyyarəsinin Donbasda partladılmasında əsas günahkarlardan biri ola bilər:

"Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun 59 yaşında qəflətən vəfat edib. Donbas üzərində MH-17-ni məhv edən günahkarlarla bağlı ov artıq başlayıb. Haaqada yox, birbaşa Moskvada... Köhnə metodlarla..."

Qeyd edək ki, QRU rəisi İqor Serqun dünən vəfat edib. Onun vəfatı ilə bağlı məlumat Rusiya Prezidenti Vladimir Putinin mərhumun yaxınlarına ünvanladığı başsağlığı mətninin yayılmasından sonra üzə çıxıb. Serqun 200 nəfərin ölümü ilə nəticələnən Malaziya təyyarəsinin məhv edilməsinin əsas günahkarlarından hesab edilir. Maraqlı məqam orasındadır ki, Serqundan bir müddət öncə dekabrın 29-da Rusiyanın Hava Desant Qüvvələrinin qərargah rəisinin müavini general-mayor Aleksandr Şuşukin də vəfat edib. Onun da Serqun kimi ölümünə səbəb ürəyinin dayanması olub. Məhz bu general Şimali Qafqaz və Yuqoslaviyadakı konfliktlərin aktiv iştirakçısı olub. O 2013-cü ilə qədər Cənubi Osetiyadakı Rusiya bazasına rəhbərlik edib. Məhz onun rəhbərliyi altında Cənubi Osetiya əməliyyatı həyata keçirilib. Bu general həmçinin 2014-cü ildə Krımın anneksiyası əməliyyatına da rəhbərlik edib.

QRU-nun rəhbər şəxslərinin qəfil ölümü ilə bağlı bu, ilk hal deyil. 1992-ci ilin dekabrında Rusiya Baş Kəşfiyyat İdarəsinin rəis müavini Yuri Qusev avtomobil qəzası nəticəsində vəfat edib. Qusev SSRİ dövrünün Rusiya hakimiyyətindəki sonuncu generallarından sayılıb. Rusiya mətbuatının iddialarına görə, Yeltsinə qarşı sərt mövqeyi olan Qusevə o zamankı Müdafiə naziri Viktor Barannikov tərəfindən Dövlət Təhlükəsizlik Komitəsinin təsir agentləri ilə bağlı verilən siyahı generalın ölümünə səbəb olub. Məhz bu siyahıda Yeltsin dövründə məşhurlaşaraq varlanan şəxslərin, hakimiyyətin yuxarı eşelonlarında təmsil olunan insanların da adları var idi. Ümumiyyətlə, siyahıyda 2200 nəfərin adı olub. Bu şəxslərin adının açıqlanması Yeltsin ətrafındakı şəxslər üçün böyük zərbə ola bilərdi. Qusevdən sonra QRU daxilində müəyyən təmizləmələr getdi. Üstəlik, sosial iğtişaşlar yaratmaqda günahlandırılan Viktor Barannikov həbs edildi və həbsdən azad olunduqdan az sonra - 1995-ci ildə qəflətən vəfat etdi. Maraqlı məqam orasındadır ki, Qusevin ölümündən bir ay öncə Çexoslovakiya Federal Məclisinin rəhbəri Aleksandr Dubçek Sovet İttifaqı Kommunist Partiyasının ləğv edilməsilə bağlı başladılan məhkəmə prosesində iştirak etmək üçün Moskvaya səfər edərkən, avtomobil qəzası nəticəsində öldü.

Qusevdən sonra 2010-cu ildə QRU rəisinin birinci müavini Yuri İvanov da qəflətən vəfat edib. Şimal Qafqazdakı hərbi kəşfiyyata uzun illər rəhbərlik edən İvanov ölümündən bir neçə gün öncə Suriyanın Latakiya şəhərinə səfər edib. Gizli təşkil olunan bu səfər zamanı da o, vəfat edib. Onun meyiti isə Türkiyənin Hatay vilayəti yaxınlığında dənizdən tapılıb. Rusiya mətbuatı bu haqda informasiyanı ilk dəfə onun ölümündən dörd gün sonra yayıb. İndiyə qədər İvanovun ölümündə bir çox qurumlar günahlandırılır. Bunlar sırasında çeçen terrorçuları, İsrail, ABŞ və Ukraynanın da adı var. Bəzi ekspertlər hətta İvanovun ölümünü 2008-ci ildə Suriya hərbi kəşfiyyatının keçmiş rəisi, briqada generalı Məhəmməd Süleymanın Tartusda Mossad tərəfindən qətlə yetirilməsinə bənzədərək, Tel-Əvivin əsas günahkar olduğunu bildirirlər. Lakin ortada maraqlı başqa bir iddia da var. İvanovun ölümündən bir gün sonra məşhur silah taciri Viktor Butun Moskvadakı vəkili Yana Dasquptanın Amsterdama səfəri zamanı səhhəti qəflətən pisləşərək vəfat edir. Onun ölüm xəbəri sentyabrın 1-də İvanovla birgə yayılır. Sentyabrın 2-də isə Tailandda Butun ABŞ-a ekstradisiya ilə bağlı məhkəmə prosesi başlayır. Tezliklə, onun ABŞ-a verilməsi ilə bağlı qərar qəbul olunur. Bir sıra mənbələr Butun ifadəsindəki bəzi məqamların məhz Yuri İvanova, eləcə də Baş Kəşfiyyat İdarəsinin digər şəxslərinə aparıb çıxardığını bildirirlər.

Tarix
2016.01.05 / 17:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla