Yuxarı

Putin Donbası geri qaytarır? - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Donbası Ukraynaya geri qaytara bilər.

Axar.az xəbər verir ki, bu sözlər İsveç politoloqu Anders Aslundun Ukrayna mətbuatında dərc olunan köşə yazısında yer alıb. Onun sözlərinə görə, Boris Qrızlovun Ukrayna üzrə rəsmi nümayəndə təyin edilməsi artıq bu prosesin başladığını göstərir:

"Dekabrın 26-də Putin özünün ən yaxın adamlarından biri olan Boris Qrızlovu Rusiyanın Ukrayna ilə üçtərəfli əlaqə qrupunun nümayəndəsi təyin etdi. Bu təyinat Rusiyanın Ukraynaya qarşı siyasətində vacib dəyişikliyə səbəb ola bilər. Qrızlov Putinin yaxın dairəsindəkı ağır toplardan biridir. Bundan başqa, o, Təhlükəsizlik Şurasının daimi üzvü, keçmiş Daxili İşlər naziri, Dumanın spikeri və Putinin Peturburqdakı Dövlət Təhlükəsizlik Komitəsindəki keçmiş həmkarıdır. Qrızlov bu vəzifədə nisbətən "yüngül çəkili" olan Azamat Qulməhəmmədovu əvəz edəcək. Sonuncu bu posta aprel ayında təyin olunub. Onun təyin olunmasında məqsəd Rusiyanın danışıqlarda rolunu azaldaraq, Ukraynanı Donetsk və Luqank liderləri ilə danışıqlara məcbur etmək idi. İndi isə Kreml nəzarəti öz əlinə götürüb. Bu il separatçıların üç ağıllı komandiri (Pavel Dremov, Aleksey Mozqovoy və Aleksey Bednov) kifayət qədər peşəkar formada öldürülüblər. Bəzi ekspertlər bu işin arxasında rus hərbi kəşfiyyatının dayandığını güman edirlər. Bunun ardınca isə yayda bəlli oldu ki, Donetsk və Luqansk döyüşçüləri birbaşa Rusiya Müdafiə Nazirliyinə tabe olurlar. 2014-cü ilin avqustunda isə Donetsk və Luqanskda siyasi liderlər dəyişdirildi. Aleksandr Zaxarçenko Aleksandr Borodayın yerinə "Donetsk Xalq Respublikası"nın baş naziri vəzifəsinə gətirildi, "Luqansk Xalq Respublikası"na isə İqor Plotnitski rəhbərlik etdi. Onların təyinatı Ukraynanın 8 vilayətinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan Novorossiya layihəsinə bağlanması anlamına gəldi. Əslində təyin olunan hər iki liderin həm imkanları azdır, həm də ki, Moskvanın əmrlərinə tam bağlıdırlar".

Tarix
2016.01.06 / 15:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla