Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


Məşhur aktyor narkobarondan müsahibə aldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Şon Penn iki gün əvvəl həbs edilən dünyanın bir nömrəli narkobaronu Xoakin Qusmanla görüşdüyü üçün istintaqa cəlb edilib.

ANS-in məlumatına görə, ötən il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacaran X.Qusman aktyora gizli müsahibə verməyə macal tapıb.

"NBC Nyus" telekanalının məlumatına görə, Meksika hökuməti məşhur aktyor Şon Penn və meksikalı aktrisa Keyt Del Kastilyo barəsində araşdırmalara başlayıb.

Müsahibə adı açıqlanmayan məxfi yerdə aparılıb və yanvarın 9-da "Material Rolling Stone" jurnalının elektron versiyasında dərc edilib. Eyni zamanda, "Assoşayted Press" agentliyi xəbər verir ki, Qusmanın aktyora müsahibəsi onun yerinin müəyyən edilməsi üçün şərait yaradıb.

Məqalədə Şon Penn və narkobaronun fotosu da dərc olunub. Şəkil müsahibənin həqiqi olduğunu müəyyən etmək üçün çəkilib.

Şon Pen istintaqa verdiyi açıqlamada deyib ki, müsahibə onun tanımadığı meksika cəngəlliklərdən birində baş tutub və təxminən yeddi saat davam edib. Söhbət zamanı onlarla birlikdə meksikalı aktrisa Keyt del Kastilyo da olub. Aktyor narkobaron ilə meksikalı aktrisa Keyt del Kastilyo vasitəsilə əlaqə yarada bilib. Polis isə məhz bu gizli müsahibədən sonra məhşur narkobaronun izinə düşüb.

Yanvarın 9-da Meksika polisi "Bəstəboy" ləqəbli məşhur narkobaron Xoakin Qusmanı tutub. Tutulan şəxs "Sinaloa" kartelinə rəhbərlik edib.

"Bəstəboy" 2015-ci il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacarmışdı. "Missiya yerinə yetirildi, biz onu yaxaladıq. Xəbər vermək istəyirəm ki, Meksika vətəndaşı Xoakin Qusman Loera saxlanılıb", - deyə Meksika prezidenti Tvitter hesabında yazıb.

Tam adı Xoakin Arçivaldo Qusman Loera olan narkobaron, eyni zamanda "El Çapo" ləqəbiylə tanınıb. Qusman uzun illər axtarışda olub və bir neçə dəfə həbsxanadan qaçıb. Vaxtiylə ABŞ Dövlət Departamenti narkobaronun tutulmasına dəstək verən məlumat üçün 5 milyon dollar mükafat vəd edib.

O, həbsxananın hamamında qazılmış 1.5 km uzunluqlu tunellə qaça bilmişdi. İyuldakı sensasiyalı qaçışı onun həbsdən ilk qaçışı olmayıb.

Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumunu və silahdaşını həbs edib. "Forbes" jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib.

Tarix
2016.01.10 / 12:15
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Atambayev Putinə orden verdi

Şevçenko: Milyarder Kərimovun həbs səbəbi... - Video

Rusiya Suriyada elektromaqnit silahlarını sınaqdan keçirdi

Yəmən qan gölünə çevrildi – 244 ölü, 400 yaralı

Qondarma rejimin rəhbəri Rusiyaya qaçdı

Qarabağda partlayış: 3 erməni hərbçi öldü

Qondarma rejimdə çevriliş: Kreml planını reallaşdırır

“Rusiya bu silahla ABŞ-da super vulkan yaradacaq”

Bu aviaşirkətlərlə su qiymətinə uça bilərsiniz - Siyahı

Dünyanın ən varlı ölkəsi seçildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla