Yuxarı

Əhali “Qazprom”a qarşı ayağa qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə milyarder Bidzina İvanişvilinin malikanəsinin qarşısında etiraz aksiyası keçirilir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Mətbuat etiraz aksiyasının "Qazprom"la aparılan danışıqlara qarşı təşkil olunduğunu bildirib. Etirazçılar "Qazprom"un Gürcüstanın enerji bazarına daxil olmasını istəmədiklərini bəyan ediblər.

Energetika naziri Kaxa Kaladze hazırda ölkənin əsas iqtisadçıları ilə görüş keçirir. Görüşün əsas məqsədi ekspertləri "Qazprom"la danışıqların əsas şərtləri ilə tanış etməkdir.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze "Qazprom" nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən, Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş barədə bütün iddiaları təkzib edib.

Sürix görüşünə qədər Kaladze "Qazprom" nümayəndələri ilə Luksemburq, Milan və Cenevrədə danışıqlar aparıb. Tiflis "Qazprom"la yanaşı İrandan da qaz almaq üçün Tehranla danışıqlara başlayıb.

Kaladze eks-baş nazir Bidzina İvanişvilinin komandasına daxildir. İvanişvili hakimiyyətdən getsə də, hələ də Gürcüstan hökumətinin formalaşmasında böyük rol oynayır. Rusiya ilə geniş ticarət əlaqələri olan milyarder Moskva ilə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət ayırır.

Tarix
2016.01.12 / 14:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

Kəndlərin verilməsi 9 noyabr bəyanatında var idi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla