Rusiya Baş Kəşfiyyat
İdarəsinin rəhbəri vəzifəsinə keçmiş sədr İqor Serqunun
müavinlərindən biri təyin edilə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Kommersant"
qəzeti yayıb. Qəzet bu təşkilatın qapalı qurum olduğuna görə
Serqunun müavinləri haqqında ictimaiyyətə çox az informasiyanın
verildiyini bildirib:
"Hazırkı situasiyada ən real namizəd kimi general İqor Korobovun
adı çəkilir. Namizədlər sırasında general İqor Lelinin də adı var.
QRU-da hesab edirlər ki, təşkilatın rəhbərliyinə digər güc
strukturları, xüsusilə, Federal Təhlükəsizlik Xidmətindən (FSB) heç
kimi gətirilməməlidir".
Qeyd edək ki, QRU-nun keçmiş rəhbəri İqor Serqun bu yanvarın
əvvəllərində ürək çatışmazlığından vəfat edib. Rəsmi mənbələr onun
Moskvada öldüyünü bildiriblər. "Stratfor" təşkilatı isə bununla
razılaşmayaraq, Serqunun Livanda vəfat etdiyini yazıb.