Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Avqust 2018


"Əl Cəzirə" Suriyada döyüşən azərbaycanlılardan yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən iri media qurumlarından olan "Əl Cəzirə"nin türk bölməsinin müxbiri İrfan Bozan Bakıya gələrək Suriya döyüşlərində həlak olmuş Rüstəm Əsgərovun ailəsindən reportaj hazırlayıb.

"Əl Cəzirə Turk" xəbər verir ki, Suriyada müxalifətçi "Ahraruş Şam" silahlı qruplaşmasının tərkibində vuruşmuş Rüstəm Əsgərov dekabr ayında Hələbdə dünyasını dəyişib. Atası Musa Əsgərov oğlunu 2013-cü ildə sentyabrın 27-də gördüyünü deyib: "Uşaqlarını və xanımını gətirdim. Bir də görmədim".

"Əl Cəzirə Turk"ün yazdığına görə, Azərbaycan mətbuatı Rüstəm Əsgərov barədə 10 il qabaq da material dərc etmişdi. 2003-cü ildə Rüstəm 22 yoldaşı ilə birlikdə partizan dəstəsi yaradaraq Qarabağda savaşacağını bəyan etmişdi və buna görə tutularaq 2 il 6 ay həbsxanada qalmışdı. Mərhumu yaxından tanıyan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı onun sələfi olduğunu, həbsdən sonra Bakıda dükan açdığını və sonra İstanbula köçdüyünü deyib.

Rüstəm Əsgərovun atası İrfan Bozanın "Oğlunuzun şəhid olduğunu düşünürsünüzmü?" sualına, "O həmişə deyirdi ki, İslam dininin yolunda, müsəlman qardaşlara kömək etmək üçün şəhid olmaq istəyirəm. Amma onun şəhid olub-olmadığını Allah bilir. Yalnız Allah bilir ki, kim şəhiddir", - cavabını verib.

Daha sonra İrfan Bozan Azərbaycan sələfilərinin lideri Qamət Süleymanovla görüşüb. Ona belə bir sualla müraciət edib: "Eşitmişk ki, bəzi azərbaycanlı gənclər Suriyaya cihada gedirlər və bunlar üçün Azərbaycanda din adamları fətvalar verirlər. Siz belə fətva verdinizmi?"

Qamət Süleymanov isə buna cavabında deyib: "Xeyr, bu yalandır. Ümumiyyətlə, orada cihadın olması sual altındadır… Orada cihad yoxdur. Nə üçün?.. Çünki cihad ibadətin bir növüdür. Onun növləri var, xüsusən də döyüş cihadının qaydası var. Şərtləri var ki, nə vaxt eləmək olar, nə vaxt olmaz, nə vaxt etmək qadağandır. Şəriətdə bu məsələdə belə bir mövzular var. Ona görə də orada cihadın olması barədə böyük alimlərdən heç biri deməyib. O ki qala Azərbaycanda hansısa elm əhli desin… Biz əksinə, orada cihadın olmasının əleyhinəyik. Həmçinin, kim onu cihad adlandırır, şəri cəhətdən əsası yoxdur… Ola bilər ki, hansısa təkfirçi, radikal qrupların başbilənləri cihad desin, amma onlar sayılmır".

Qamət Süleymanov Suriyaya gedən gənclərin xaricdən idarə olunduğunu vurğulayıb. Onun fikrincə, çox vaxt belə gənclər internet vasitəsi ilə edilən çağırışlara aldanaraq döyüşlərə gedirlər (ANS).

Tarix
2014.02.01 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

General: Rusiya ilə sərhədlərimizi bağlamalıyıq

ABŞ-dan hesabat: Lirənin ucuzlaşması nəyə səbəb olacaq?

Trampın Türkiyəyə atdığı daş domino effekti yaratdı

Bu 4 ölkənin zirvəsi Cenevrə görüşünü əvəz edə bilməz - ABŞ

Qərb üçün təhdid Türkiyədən deyil, bu ölkədən gələ bilər

Rusiya hərbi təyyarələri ələ keçirildi: Qara dənizdə

Trampın Türkiyəyə qarşı "müharibə"si onları da vurur

Bransonun vəkili danışdı: Qərar tamamilə siyasidir

Türk hakerlər ABŞ-dan belə qisas aldı

Rusiyada mədəndə uçqun: 130 fəhlə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla