Yuxarı

İstanbul terrorçusunun anası erməni çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Sultanəhməd meydanında terror aktını törədən Nabil Fadli haqda yeni məlumat yayılıb.

Axar.az xəbər verir ki, Fadli 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olub. Atasının adı Abdülatif, anasının adı isə Brijitdir.

Fadlinin anası Brijit Suriya ermənisidir.

Terrorçu yanvarın 5-də İstanbulda sığınacaq almaq üçün müvafiq orqanlara müraciət edib.

Terror aktından sonra Fadlinin parçalanmış bədəni tibbi ekspertizaya aparılıb. Araşdırmalar nəticəsində terrorçunun ayaq barmaqlarında dırnaq olmadığı təsbit edilib.

Məlumata görə, Fadli Suriyada Əsəd qüvvələri tərəfindən İŞİD-lə əlbir olmaqda günahlandırılaraq həbs olunub. Həbsdə olduğu müddətdə terrorçuya müxtəlif işgəncələr verilib, ayaq dırnaqları çıxarılıb.

Xatırladaq ki, yanvarın 14-də İstanbulda Sultanəhməd meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Tarix
2016.01.14 / 11:54
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla