Yuxarı

Obama qadınla görüşə getdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama maraqlı addım atıb.

Publika.az-ın məlumatına görə, Ağ Ev rəhbəri gözlənilmədən 12 ay əvvəl ona məktub yazmış qadınla görüşə gedib. Nebraska ştatında yerləşən Omaxa şəhərinə yola düşən prezident Lisa Martin və əri Cozefin qonağı olub.

Qadın bir il əvvəl prezidentə yazdığı məktubda xoşbəxt gələcəyə inanmadığını vurğulayıb. Bildirib ki, övladının gələcək həyatının yaxşı olacağına inanmır. Lisa Martin məktubunda "mənim oğlumun yaşayacağı planetdə sakitlik, çiçəklənmə olacaqmı" sualını verib: "Təəssüf ki, dünyanın daha pis olacağını düşünürəm. Uşaqlarımız köməksizdir və bu məsələlərdə məsuliyyət bizim çiynimizə düşür".

Qadın Obamanın bu məktuba hər hansı formada cavab verəcəyinə inanmayıb. Prezident isə öz növbəsində Lisa Martinə məktub yazmaq əvəzinə onun ailəsi ilə görüşmək qərarına gəlib.

Korteclə qadının yaşadığı yerə gedən Obama 40 dəqiqə ərzində Lisa Martinlə, həyat yoldaşı və qonşuları ilə söhbət edib. ABŞ-ın gələcəyi ilə bağlı nikbin sözlər deyən prezidenti bildirib ki, ölkəsini xoş günlər gözləyir. Obama 2016-cı ilin ölkə vətəndaşları üçün uğurlu keçəcəyini, gələcəkdə də xoşbəxtliyin onun ölkəsində bərqərar olacağını vurğulayıb.

Obama sonda gənc ailəyə xoşbəxt yeni il arzulayaraq onlardan ayrılıb.

Tarix
2016.01.14 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla