Ana səhifə Planet |
SSRİ dövlət televiziyasının 1982-ci ildə Qərb sanksiyalarına qarşı hazırladığı videoyazı ortaya çıxıb.
Axar.az xəbər verir ki, bu videoyazı Feysbuk sosial şəbəkəsindəki "TJurnal" səhifəsində yerləşdirilib. "Beynəlxalq panoram" verilişinin videoyazısında aparıcı əhaliyə müraciət edərək, Qərb sanksiyalarının SSRİ üçün təhlükəli olmadığını bildirib. SSRİ iqtisadiyyatının güclü olduğunu bildirən aparıcı bu sanksiyalardan daha çox ABŞ-ın müttəfiqlərinin əziyyət çəkəcəyini deyib.
Qeyd edək ki, 1979-cu ildə SSRİ-nin Əfqanıstana girməsindən sonra Qərb Sovet İttifaqına sanksiyalar tətbiq edib. 1983-cü ildə Cənubi Koreyaya məxsus "Boinq 747" sərnişin təyyarəsinin Saxalin üzərində vurulmasından sonra isə Moskvaya qarşı sanksiyalar gücləndirilib.
Bu verilişdən cəmi 9 il sonra SSRİ süqut etdi.
Tarix
2016.01.14 / 20:46
|
Müəllif
İlkin Həsənov
|