Yuxarı

Putinin Poroşenkoya məxfi təklifi açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin Donbas məsələsi üzrə xüsusi nümayəndəsi Boris Qrızlovun Kiyev səfəri heç bir nəticə verməyib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat Kiyev və Moskva arasında Donbasda müharibənin necə başa çatması haqqında ciddi fikir ayrılığının olduğunu bildirib:

"Qrızlov Kiyevə Vladimir Putinin təkliflərini gətirib. Təklifə əsasən, Rusiya Donbasda seçkinin keçirilməsi və səsvermənin nəticələrinin öyrənilməsinə müdaxilə etməyəcək. Lakin Moskva bunun qarşılığında Kiyevdən bir neçə önəmli addım atmasını istəyir: Poroşenko qiyamçıların amnistiyası haqqında qanun imzalamalı, 2016-cı ilin martından gec olmayaraq Donbas və Luqanskda seçkilər keçirilməli və Donbasa xüsusi status verəcək konstitusiya reformları başa çatdırılmalıdır. Məhz bundan sonra Ukrayna öz dövlət sərhədlərinə tam nəzarət edə biləcək. Əslində, Ukrayna bununla razıdır, amma onun bir şərti var. Kiyev Donbas və Luqanskda seçkiləri Ukraynanın sərhədləri tam bərpa olunduqdan sonra keçirmək istəyir".

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi BorisQrızlov Kiyevə rəsmi səfər edib. Səfər zamanı o, Minsk danışıqlarında Ukraynanın mövqeyini rəsmən təmsil edən eks-prezident LeonidKuçma ilə görüşüb. Ukrayna mətbuatı görüş zamanı Donbas və Luqanskın Ukraynaya qaytarılması məsələlərinin müzakirə olunduğunu bildirib.

Son günlər Donbasda separatçı səhra komandirlərinin "qəfil ölümləri" müşahidə olunur. Bu ölümlər Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri İqor Serqunun həyatını itirməsindən sonra daha da aktivləşib. Ekspertlər bu ölümlər vasitəsilə Moskvanın Ukrayna əməliyyatlarını başladan şəxslərin tam məhvinə start verdiyini və onlardan canını qurtarmağa çalışdığını bildiriblər. Bu, həm də Rusiyanın "Novorossiya" layihəsini tam olaraq dayandırması anlamına gəlir.

Tarix
2016.01.15 / 09:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla