Yuxarı

İran Fransadan 114 təyyarə alır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Fransanın "Airbus" təyyarə istehsalçısı şirkəti arasında 114 ədəd təyyarənin satın alınması haqqında razılaşma əldə olunub. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.

APA-nın İran bürosunun məlumatına görə, A. Axundi qeyd edib ki, bu anlaşma ölkənin təyyarə parkının yenilənməsi məqsədi ilə əldə olunub.

Onun sözlərinə görə, xarici aviaşirkətlər İranın təyyarə parkının yenilənməsi prosesində lizinq əsasında əməkdaşlıq edə biləcəklər.

İranın yol və şəhərsalma nazirinin sözlərinə görə, dünyanın böyük sığorta şirkətləri ilə də bu sahədə müzakirələr aparılıb.

Qeyd edək ki, noyabr ayında İranın yol və şəhərsalma naziri Abbas Axundi ölkənin təyyarə parkının dünyanın ən köhnə aviasiya donanması olduğunu demişdi və bildirmişdi ki, onun yenilənməsi üçün İrana 50 milyard dollar dəyərində 500 təyyarə lazımdır. Amma bu qədər maliyyə resursu İranda yoxdur.

O hökumətin nəqliyyat sektorunda, xüsusi ilə aviasiya sənayesində yerli və əcnəbi şirkətlər arasında müştərək şirkətlərin təsis olunması, lizinq və birbaşa satış şəklində əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi.

Tarix
2016.01.17 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla