Yuxarı

Kerridən Lavrovla bağlı zarafat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə İsveçrənin Sürix şəhərində görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Feysbuk səhifəsində yazıb.

Onun bildirdiyinə görə, 2016-cı ilin ilk görüşü zarafatyana sözlərlə başlayıb:

"Kerri toplantı zalına daxil olan kimi masanın genişliyinin fərqinə vardı və "Heyətlər arasında məsafəni azaltsaq, daha yaxşı olardı" dedi. Sonra zala Lavrov daxil oldu. O, Kerri ilə görüşdü və həmkarının yeni ilini təbrik etdi. Mətbuat nümayəndələri zalı tərk etdikdən sonra görüş başladı".

Zaxarova daha sonra görüşlə bağlı öz fikirlərini də əlavə edib:

"Heyətlər arasındakı məsafə, daha doğrusu heyətlərin mövqeləri arasındakı məsafənin azalıb-azalmayacağını görüşlərdən sonrakı nəticələr göstərəcək".

Qeyd edək ki, bu görüş zamanı Kerri və Lavrovun yanvarın 25-i Suriyadakı münaqişə tərəflərinin baş tutacaq görüşü ilə bağlı müzakirələr aparması gözlənilir.

Tarix
2016.01.20 / 18:41
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla