Yuxarı

Rusiya təyyarəsini qadın pilot vurub - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vuran Türkiyənin F-16 qırıcısı ilə bağlı maraqlı bir fakt ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, rus təyyarəsini qadın pilot vurub.

Amma qadın pilotun şəxsiyyəti gizli saxlanılır.

Xatırladaq ki, Rusiya təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Ankara Su-24-ün Türkiyənin hava məkanına daxil olduğunu sübut etmək üçün radar görüntülərini yayıb. Türkiyə SQ Baş Qərargahı hava sərhədini pozan təyyarənin 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini, ancaq təyyarənin istiqamətini dəyişdirmədiyini açıqlamışdı.

Rusiya tərəfi isə təyyarənin Suriyanın hava məkanı üzərində vurulduğunu iddia edir. Lakin Moskva bunu sübut edə biləcək dəlilləri ortaya qoya bilməyib. Bombardmançının "qara qutu"larının isə böyük zədə aldığı bildirilir.

İndiyə kimi rus təyyarəsini vuran pilotla bağlı heç bir məlumat verilməyib. "Haberler.com" saytının hərbi mənbələrdən əldə etdiyi məlumata görə, rus təyyarəsini vuran raketi qadın pilot atəşləyib.

Tarix
2016.01.23 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla