Yuxarı

Litvinenkonun müəmmalı qətli: Kremlin etirafı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

London Aleksandr Litvinenkonun qətli planından Rusiya prezidentinin xəbəri olmasını iddia etməklə, əslində, işin Putinin təlimatı ilə hazırlandığına işarə vurur.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu öz Feysbuk hesabında yazıb. O bildirib ki, Böyük Britaniya məhkəməsinə təqdim edilən hesabatda yer alaniddialar olduqca ciddidir:

"Zənnimcə, bu, neçə illər aparılan araşdırmanın nəticəsidir. Yoxsa, London oturduğu yerdə Kremllə niyə düşmən olsun ki? Əslində, London demək istəyir ki, Litvinenkonun qətl planı elə Putinin təlimatı ilə hazırlanıb. Başqa faktlar da Litvinenkonun qətlində Kremlin əli olduğuna işarə edir. Litvinenko olayından iki il əvvəl Qətərdə Çeçenistanın keçmiş vitse-prezidenti Zəlimxan Yandarbiyev qətlə yetirildi, onun maşını partladıldı. Qətər polisinin bir Rusiya vətəndaşını həbs etməsindən sonra məlum oldu ki, bombanı maşında o yerləşdirib. Daha sonra Kreml Qətərlə danışıqlar apararaq qatilin azadlığa çıxaraq vətəninə dönməsinə nail oldu. Eyni zamanda, Rusiya kəşfiyyatçıları 2000-2010-cu illər arasında onlarla keçmiş çeçen mücahidi İstanbulda qətlə yetiriblər. Bunu Kremlə yaxın media da etiraf edir. Demək, Kreml sahibi xarici ölkələrdə bu qədər insanın qətlinə əmr verərkən, keçmiş iş yoldaşı Litvinenkonu Londonda qətlinə niyə əmr verməsin ki? Necə ki, Krımın işğalı indi ona baha başa gəlir, iqtisadiyyatı çökdürülür, eləcə də Litvinenkonun qətli heç zaman unudulmayacaq".

Qeyd edək ki, yanvarın 21-də Böyük Britaniya məhkəməsinə təqdim edilən hesabatda Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenkonun öldürülməsi əməliyyatının FTX tərəfindən keçirildiyi və bu əmrin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev və Prezident Vladimir Putin tərəfindən verildiyi iddia edilib.

Tarix
2016.01.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla