Yuxarı

Abromoviçdən Putinə 35 milyonluq hədiyyə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə yaşayan rusiyalı milayrder Roman Abromoviçin 2002-ci ildə Rusiya lideri Vladimir Putinə 35 milyon dollar dəyərində yaxta hədiyyə etdiyi məlum olub.

Axar.az BBC-yə istinadən xəbər verir ki, bu barədə bir müddət dövlətə məxsus "Sovkomflot" gəmiçilik şirkətinə rəhbərlik edən Dmitri Skarqa məlumat verib.

O, 57 metr uzunluğunda olan "Olimpia" adlı yaxtanın təqdimatı zamanı orada olduğunu deyib:

"Abramoviç öz işçisi vasitəsi ilə gəmini Putinə təhvil verdi. Hadisə 2002-ci ilin martın sonunda Amsterdamda olub. Mən də o yaxtada idim. Abramoviçin nümayəndəsi vardı. O, yaxtanın sahibinin Roman olduğunu dedi".

Skarq dəbdəbəli yaxtanın Putinə bir ofşor şirkəti vasitəsi ilə verildiyini bildirib. Onun sözlərinə görə, gəminin xərcləri dövlət büdcəsindən ödənilib:

"Gəmi dövlətə yox, Putinə məxsus olduğundan, bu, gizli saxlanılırdı".

Qeyd edək ki, Abramoviçin vəkilləri bu iddianı rədd edib. Kremlin sözçüsü Dmitri Peskov isə açıqlamasında yayılan xəbəri "xəyal məhsulu" adlandırıb.

Vladimir Putin isə BBC-nin müsahibə tələbini qəbul etməyib.

Tarix
2016.01.26 / 22:22
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla