Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2017


Suriya və ABŞ-dan “müharibəni bitirəcək” iki təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şam və Tehranın Suriya lideri Bəşər Əsədin vaxtından əvvəl seçki keçirməklə iqtidardan getməsini nəzərdə tutan təklif hazırlığında olduğu bildirildi. "Hürriyet" qəzetinin məlumatına əsasən, ABŞ Dövlət katibi isə yalnız Əsədin əlindəki kimyəvi silahları təhvil verəcəyi halda Suriyaya müdaxilə edilməməsinin mümkün olacağını diqqətə çatdırıb.

"Haaretz" qəzetinin Ərəb və İran mətbuatını qaynaq göstərərək bildirdiyi xəbərə görə, haqqında danışılan təklif İran Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin başçısı Ələddin Burucerdi ilə suriyalı həmkarları arasında bir neçə gün əvvəl olub.

Nazirin təklifi

Belə hesab edilir ki, Suriya Xarici İşlər naziri Vəlid Müəllim bu təklifi səhər saatlarında Moskvada görüşdüyü Rus həmkarı Sergey Lavrovla da bölüşüb.

Təklif daxilində Suriyada iqtidarın mərhələli olaraq "demokratik transferi" nəzərdə tutulur. Bu da "Suriyada prezident seçkiləri təşkil olunacaq və Əsəd namizəd olmayacaq" şəklində şərh olunur.

Kimyəvi silah daşınması

Müəllimin Moskvadakı görüşlərində gündəmə gələcəyi iddia edilən bir başqa mövzunun da Suriyanı kimyəvi silahlarını Rusiya, ya da başqa ölkəyə daşıması planı olduğu irəli sürülmüşdü.

Siyasi sülh mümkündür

Lavrov və Müəllim Moskvadakı görüşlərinin ardından ortaq mətbuat konfransı keçiriblər. Konfransda çıxış edən Lavrov: "Suriya və Rusiya olaraq siyasi həllin hələ də mümkün olduğunu düşünürük", - deyib.

Suriyadan Amerika xalqına təşəkkür

Müəllim isə, "ABŞ-ın Suriyaya hücum təşkil etməsində nə mənfəəti olduğunu soruşmağa haqqımız var?" - deyə çıxış edib. ABŞ-ı hərbi müdaxilə etməməyə çağıran Müəllim ABŞ Prezidenti Obamanın terrorçuları dəstəklədiyini iddia edib.

Müəllim, "müharibəni dəstəkləmədikləri üçün" Amerikan xalqına da təşəkkür edib.

İkili görüşdə Müəllim Lavrova öz prezidentinin Rusiya Prezidenti Putinə Suriya böhranının həllində etdiyi köməkliyə görə təşəkkür etdiyini çatdırıb.

Görüşdə Lavrov da Müəllimə Rusiyanın Suriya mövzusundakı mövqeyinin bəlli olduğunu və dəyişməyəcəyini söyləyib.

Ordu kimyəvi silahı Əsəddən xəbərsiz istifadə edib?

Alman kəşfiyyatının səlahiyyətli nümayəndələrinin "Bild am Sontaq" qəzetinə verdiyi məlumatda, ordunun Prezident Əsədin şəxsi icazəsi olmadan kimyəvi silah hücumu təşkil etmiş ola biləcəyi qeyd edilir.

Alman kəşfiyyat təşkilatlarının ələ keçirdiyi telefon danışığı qeydlərinə görə, Suriya komandirləri dörd ay yarım boyunca Prezidentdən kimyəvi silah istifadə etmək üçün icazə istədiyi, amma ala bilmədiyi görünür. Alman kəşfiyyat səlahiyyətlilərinə görə, bu da 21 Avqust Şam şəhəri yaxınlığındakı Şərq Quta bölgəsində yaşanan və 1400 nəfərdən çox adamın ölümünə səbəb olduğu bildirilən hücumu Əsədin şəxsən təsdiqləmədiyi mənasına gələ bilər.

Tarix
2013.10.14 / 09:59
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Koreyalı nazirdən Trampa təhqiramiz sözlər

Tramp Tehranın son ümidini kəsir: Saziş pozula bilər

İrəvan Türkiyəyə qarşı bu addıma hazırlaşır

Əgər Bərzani referendum keçirsə... - ABŞ-dan təhdid

Britaniya da hədələdi: “BMT reformlar keçirməsə...”

İran bu ölkələrə silah göndərir - Tillerson

Nazarbayev keçmiş baş nazirini əfv etdi

Referendum gərginliyi: İraq ordusu Kərkükə girdi

Meksika zəlzələsi təkrarlana bilər - Seysmoloq

Meksikadakı zəlzələdə ölənlərin sayı 230-a çatdı

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla