Yuxarı

Berdiməhəmmədov Putini ölkəsinə dəvət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdən sonra Türkmənistan lideri söyləyib.

Qeyd edək ki, Lavrov bu gün Türkmənistana səfər edib. Rusiya mətbuatı səfər zamanı Lavrovun Türkmənistan lideri ilə türkmən qazının Rusiya ərazisindən Avropa Birliyinə daşınması məsələsini də müzakirə edəcəyini bildirib. Lavrovun səfəri ərəfəsində həmçinin açıqlama yayan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aşqabadı Mosvanın strateji tərəfdaşı adlandırıb.

Türkmənistan məhz Xəzərin statusunun tam müəyyən olunmaması ucbatından Azərbaycanla birgə Transxəzər layihəsini həyata keçirə bilmir. Həm İran, həm də Rusiya bu layihəyə qarşı çıxır. Moskva bundan öncə dəfələrlə məhz bu layihənin reallaşdırılmasına imkan verməyəcəyi ilə bağlı üstüörtülü açıqlamalar yayıb.

Tarix
2016.01.28 / 12:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla