Yuxarı

Rusiyanın 109 hərbçisi öldürülüb - Suriyada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya əməliyyatların başladığı 30 sentyabr 2015-ci ildən bu yana Suriyada 109 hərbçisini itirib.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" Suriya rejiminə yaxın mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, rus hərbçilər tək hava yox, quru əməliyyatlarına da qatılır. Suriya ordusunun müxaliflərə qarşı əməliyyatlarına ruslar rəhbərlik edir. Rusiyanın xüsusi təyinatlıları isə bəzi hallarda qaynar döyüşlərə belə girir.

109 hərbçinin bir qisminin döyüşlərdə, bəzilərinin isə hərbçiləri daşıyan helikopterlərin vurulması zamanı öldüyü bildirilib.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2015-ci ilin mayında imzalanan fərmana görə, sülh dövründə həyatını itirən hərbçilərin ölümü dövlət sirri kimi qəbul olunur və ictimaiyyətə açıqlanmır.

Qeyd edək ki, Rusiya ötən il sentyabrın 30-dan bu yana Suriyada əməliyyatlara qoşulub.

Tarix
2016.01.29 / 21:18
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla