Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Fevral 2018


Gizli dinləmələrdə “Microsoft”un sıx əməkdaşlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə daha öncə də "Windows", "Windows media", "Ipod" və "İphone" vasitəsi ilə istifadəçilərin necə izlənilməsi haqda məlumatlar verilib.

Məsələn:

Casus "Windows media player"

"Windows media player" istifadəçilər haqda geniş dosye hazırlaya bilir. Pleyer fayllardan birində onda açılmış bütün audio və video-fayllarda məlumatları saxlayır və bu informasiyanı "Microsoft" üçün istənilən an əlçatan edir. DVD və CD pleyerdə oynadılan zaman media pleyerin casus funksiyası işə düşür və hər hansı bir veb-səhifədən DVD və CD-nin adı və digər məlumatını yükləyir. Oynadılandan sonra isə bu məlumatlar pozulmur və kiçik bir faylda saxlanılır. Bu məlumatlar sonra müxtəlif məqsədlərlə istifadə oluna bilir.

Bəs "Windows" bunu necə edir?

Çox sadə! İş burasındadır ki, "Windows" daimi olaraq öz istifadəçilərini izləyir və kompüterdə gündəlik işləmə tarixini saxlayır. Lakin bu tarixi silməklə izlənmədən qurtulmaq da izlənmə kimi sadədir.

"Apple" da izləmədən yan keçməyib

"Apple"ın eksperti bunu inkar edib və pozma imkanlarını bəhanə gətirsə də, "Kasperskaya" belə bir çıxış edib: "Apple"ın mobil cihazları, smartfonları və planşetlərinə istifadəçi, onun hərəkətləri, mümkün foto və videolar haqda məlumat yığan və təhlil edən, onu istehsalçıya göndərən proqram təchizatı quraşdırılıb.

Mahiyyətinə görə bu "troyan" proqramdır, çünki onun mövcudluğu heç bir yerdə elan edilməyib və mobil cihazda onun varlığını bildirən heç bir işarəsi (ikon) əlavə edilməyib".

Eləcə də "Skype"ın dinlənilməsi haqda çox məlumatlar var. Baxmayaraq ki, vaxtilə "Skype" ən təhlükəsiz və dinlənməsi mümkün olmayan proqramlardan biri olsa da, dövlət qurumları ilə əməkdaşlıqdan sonra artıq "Skype" da istifadəçilərin maraqlarını qorumaq baxımından o qədər etibarlı sayıla bilməz.

Beləliklə, ABŞ kəşfiyyatının bütün bu səs-küyü yaradan dinləmələrində müxtəlif yollarla yanaşı, eləcə də "Microsoft"un da sıx əməkdaşlığı olub. Bu haqda son günlər qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən Snoudenin təqdim etdiyi sənədlərdə də qeyd olunub.

Tarix
2013.11.01 / 12:59
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Yeni Qvineyada 7,5 ballıq zəlzələ

Suriyalılar evlərinə qayıdır

Səudiyyədə inqilabi yenilik: Qadınlar əsgər gedir

Yaponiyada güclü zəlzələ

Əsəd qüvvələri yerlə yeksan etdi: 1121 ölü

Bu çay uğrunda böyük müharibə başlaya bilər

İraqda türkiyəli 16 qadın edam ediləcək

Türkiyə Afrin əməliyyatlarını dayandırdı? - Açıqlama

ABŞ Pxenyanla danışıqlara gedir: Denuklarizasiya...

Ermənistanda zəlzələ - 3,3 bal

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla