Yuxarı

Suriyanı bombalayan kimdir: İsrail, yoxsa Türkiyə?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, İsrailin Hərbi Hava Qüvvələri Suriyanın Latikiya şəhərində yerləşən hərbi bazalarından birini bombalayıb. ABŞ mənbələrindən alınan məlumata görə, bombardmanda məqsəd Suriyanın "Hizbullah" terror qruplaşmasına ötürmək istədiyi rus istehsalı olan raketləri məhv etmək olub.


Ənənəvi olaraq İsraili höküməti hadisəyə heç bir şərh verməyib.


Qeyd edək ki, bu il ərzində İsrail HHQ-si ən az 3 dəfə Suriyanın ərazisində olan bazalara hava hücumu edib. İsrail bildirib ki, Suriyada gedən vətəndaş müharibəsinə qarışmayacaq, lakin İsrail üçün təhlükəli ola biləcək silahı məhv edəcək.


Söhbət Moskvanın Suriyaya verdiyi PVO S-300-dən gedir. Bu komplekslər İsrailin ərazisində olan hava qüvvələrini məhv edəcək gücdədir. Rusiya bu S-300-lərin Suriyaya verilməsini təkzib etsə də, israil daha çox kəşfiyyat materiallarına inandığını deyir.


By arada isə daha maraqlı xəbər yayılıb. Suriya mediası Latikiyaya edilən hava hücumunu İsrailin deyil, Türkiyənin həyata keçirdiyini yazıb. İddiaya görə, bir müddət əvvəl Türkiyə qırıcısının vurulmasına cavab olaraq edilən bu bombardmanla Türkiyə qisas alıb.


ABŞ Dövlət Departamenti isə bu iddianı təkzibləyib və bombardmanı İsrailin həyata keçirdiyini bəyan edib.
Türkiyə rəsmiləri hələlik Suriya mediasının bu iddialarına cavab verməyib.

Tarix
2013.11.02 / 10:06
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla