Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Avqust 2018


Telman İsmayılovu müflis olmağa qoymurlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Dairə Arbitraj Məhkəməsi apelyasiya məhkəməsinin tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun müflis olması barədə hökmün ləğv edilməsinə dair qərarını qüvvədə saxlayıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə məhkəmənin çıxardığı qərarda bildirilir.

Qeyd edək ki, Moskva Vilayət Arbitraj Məhkəməsi 2015-ci ilin dekabrında vətəndaş Boris Zubkovun ərizəsi əsasında Telman İsmayılovun müflis olunması barədə hökm çıxarmışdı. Lakin Doqquzuncu Arbitraj Apelyasiya Məhkəməsi 2016-cı ilin martında bu qərarı ləğv edib. Məhkəmə Zubkovun Telman İsmayılova 15 milyon rubl məbləğində borc verməsi və yaranmış borcun onun müflis elan edilməsi üçün əsas olması barədə iddiasını sübuta yetirilməmiş hesab edib.

Moskva Dairə Arbitraj Məhkəməsi apelyasiya məhkəməsinin mayın 26-da Telman İsmayılovun müflis olması barədə hökmünün ləğv edilməsinə dair qərarını qüvvədə saxlayıb və beləliklə Zubkovun bu qərara verdiyi kasasiya şikayətini də təmin edilməyib.

Qərarın ləğvindən sonra Moskva Vilayət Arbitraj Məhkəməsi tərəfindən qeyd olunan işə daxil edilmiş digər kreditorların ərizələrinin baxılmasına başlanılıb. Telman İsmayılovun müflis olunması barədə özünün ərizəsinə, daha sonra isə Vitali Maşitski və Moskva Bankının ərizələrinə baxılacaq.

Fevralın 25-dək İsmayılova qarşı 10 kreditor (9 şirkət və 1 fiziki şəxs) tərəfindən tələb irəli sürülüb.

Rusiyanın "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) Telman İsmayılova qarşı 286,4 milyon dollar və 3,4 milyard rubl məbləğində iddia qaldırıb. Bundan başqa bir neçə Kipr şirkəti İsmayılova qarşı 120 milyardlıq iddia irəli sürüb. "UK Kapital" MMC tərəfindən 5,6 mlrd. rubl və 6,8 mlrd. rubllıq tələb irəli sürülüb. Yuxarıda adı çəkilən Maşitski isə Telman İsmayılovun ona 2 milyard rubl məbləğində borcu olması barədə iddia irəli sürüb.

Tarix
2016.05.29 / 00:06
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ancelina Coli Annanın ölümündən danışdı

İsveçrədə müsəlman cütlük əl-ələ görüşmədi deyə...

Putin və Merkelin görüşü 3 saat davam etdi - Təfərrüat

Alimlər: Köpəkbalıqları maqnitdən qorxur

Rusiya: Bizim var, Türkiyə də dostluq qrupu yaradacaq

"Ukraynalılar bu yolla ABŞ-ı kürəyindən bıçaqlayır"

ABŞ da təsdiq etdi: Türkiyə ilə təlimlərə başlayırıq

ABŞ bundan imtina edənə qədər görüş olmayacaq - Abbas

Baxçalı Ərdoğana zəng etdi: Təbrik...

ABŞ-dan İmran Xana: Məmnuniyyətlə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla