Yuxarı

ABŞ-da müharibə əleyhdarları küçələrə tökülüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"CNNtürk"ün verdiyi məlumata görə, ABŞ-ın Suriyaya qarşı ehtimal edilən müdaxiləsinə etiraz olaraq müharibə əleyhdarı olan amerikalılar Tayms meydanında keçirdikləri aksiyadan sonra Yunion meydanına giriblər.

Suriya əsilli amerikalılarla bərabər, "Vol Striti İşğal Et" qrupunun da dəstəklədiyi nümayiş günorta saatlarında başlayıb.

ABŞ prezidenti Obamanın kuklasını daşıyan aktivistlər "Bir daha müharibə istəmirik, Suriyadan uzaq dur", "Müharibəyə yox" və "Suriyanı bombalama" kimi şüarlar səsləndiriblər.

Nümayiş zamanı Buş və Obamanın şəkillərinin olduğu plakatlardakı "Kimin etdiyi önəmli deyil, müharibə cinayətləri dayanmalıdır" kimi yazılar diqqət çəkib.

Aksiyaya əlil arabasında qatılan Deni Robert, "Bütün həyatım boyu sülhə inandım. Müharibə mənimçün qorxunc bir şeydir. Suriyadakı vətəndaş müharibəsi də qorxuncdur, amma bu, ABŞ-ın o ölkəyə hücum etməsi üçün səbəb ola bilməz", - deyib.

Nobel Sülh ödülçüsü Obamanın müharibəyə mane olmaq niyyətində olmadığını ifadə edən Robert, "Müharibə Suriyaya acı gətirəcək, Suriya da Türkiyəyə, İsrail və İran kimi yaxındakı ölkələrə səbəbsiz yerə acı çəkdirəcək", - deyə çıxış edib.

Suriyalı bir başqa qrup da axşam saatlarında Tayms Meydanına gələrək Əsədə qarşı etiraz edib. Əsəd əleyhinə şüarlar səsləndirən aksiyaçıların etirazı qalmaqalsız sona çatıb.

Tarix
2013.10.14 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla