Yuxarı

“Mübarizin şəhid olmasında Allahın iştirakı var”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində, gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Bu gün Biləsuvar rayonunda yerləşən Biləsuvar Lisey-məktəb kompleksi də Milli Qəhramanın adını daşıyır.

Milli Qəhrəmanın dəfnindən artıq üç il ötür. Bununla bağlı yolumuzu qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayon Əliabad kəndindəki ata evinə saldıq. Gecənin qaranlığında çatırıq qəhrəmanın ata evinə və ilk diqqətimizi çəkən də Mübarizin ayaq üstə, çiynindəki silahla şax durmuş rəsmi, bir də üç rəngli bayrağımız olur.

Qapını açırıq və ilk qarşımıza çıxan da qəhrmanın anası Şamama xanım olur. Yenə Mübarizi xatırlamağa gəldiyimizi bilib göz yaşlarına hakim ola bilmir:

- Mübarizsiz dözə bilmirəm oğul, ana üçün çox çətindi. Mübarizsiz heç nə gözümdə deyil. Beş aylıq bir nəvəm var, başımı onunla qatmağa çalışıram, amma yenə də mümkün olmur. Mübariz başqa oğul idi. Gün ərzində bircə dəqiqə belə olsun Mübariz çıxmır yadımdan. Beynimə elə həkk olunub, fikirləşməyə bilmirəm. Mübariz haqda nə varsa dəqiqəsinə kimi, saatına kimi xatırlayıram. Amma, atası belə deyil, o mənə baxanda dözümlüdü.

Söhbətimizin bu yerində, kənd məscidindən azan səsi yüksəlir. Şamama ana namaz qılmağa yollanır və qəhrəmanın bayaqdan qoyun-quzuları yerbəyer eləyən atası Ağakərim ata ilə görüşürük. Bütün suallarımızı bir kənara qoyan Ağakərim ata tam fərqli tərzdə, bizə ümumilikdə Allah və vətən sevgisindən danışır:

- Mübarizin şəhid olmasında Allahın iştirakı var idi. Mən Allahdan axirətimi istəyən adamam. Mübarizin şəhid olmasını, Mübariz dünyaya gəlməmişdən öncə mən yuxuda görmüşdüm. İndi baxıram ki, həmin hadisələr və yuxulardı ki, onlar mənə bu günki günü xatırladır. İnsanın ürəyində birinci Allah sevgisi olmalıdı və sonra Vətən sevgisi gəlir. Allah sevgisi ürəyində olmayan adamın, Vətən sevgisi də ola bilməz. Mübariz üçün mən ağlamıram, onun hüzüründə də burdakı camaata deyirdim ki, ağlamayın. Çünki onu mənə Allah vermişdi, Allah da aldı.

Hər il balalarımız şəhid olur. İyirmi faiz torpaqlarımız işğal olunub. Bilirsiniz necədi, Qarabağ probleminə görə kimlərisə suçlamamalıyıq, bir-birimizin qəlbinə dəyməməliyik. Millət olaraq hər-hansı şəxsi günahkar hesab etməməliyik. Bir-birimizi sevək və torpaqlarımızın azadlığı uğurunda əlimizdən gələni əsirgəməyək. Allahadan kömək istəyək. Dua edək ki, Allah bu zülmün qarşısını alsın. Hər yüz ildən bir bizim torpaqlarımız işğal olunur. Ermənilər dünyaya elan edir ki, biz "Böyük Ermənistan" yaradırıq. Bunlar hansı ölkədə olursa olsun, öz hiyləgərliyi ilə çirkin niyyətlərini həyata keçirməyə nail olmağa çalşırlar.

Mübarizin qəhrəmanlığı haqda çoxlu kitablar dərc olunub. Bu gün də bizim yaşadığımız bu evi gənc nəsil ziyarət edərək, onun qəhrəmanlıq yolu ilə tanış olurlar. Mübariz öz borcunu yerinə yetirdi. Bu gün Mübariz yox, onun qəhrəmanlığı yaşayır. Mübarizin məktubda yazdıqları ilə mən tanış idim, onları evdə demişdi. Mübariz mənim çiynimdədi. Bəzən deyirəm ki, iki ürəkliyəm. Çünki məndə yaşayan bir Mübarizin canıdı, bir də öz canım. Bu gün Mübariz mənəm.

Tarix
2013.11.08 / 14:48
Müəllif
Vasif Əlihüseyn
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla