Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Marqvelaşvilinin yanlışlığı andiçmədə çaşqınlıq yaratdı - Foto/Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az"ın Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak edən əməkdaşının Tiflisdən göndərdiyi reportajı sizə təqdim edirik.

"Noyabrın 17-si, Gürcüstan vaxtı ilə səhər saat 10-da Tiflis küçələri adi günlərdən fərqli olaraq daha hərəkətli idi. Şəhər Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya mərasiminə hazırlaşırdı.

Xarici və yerli jurnalistlər mərasim keçiriləcəyi parlament binasının həyətində media üçün ayrılan yerləri tutmağa başlayırdı.

***

Səhər saat 11-dən etibarən Mərasimdə gürcü bəstəkarlarının və dünya klassiklərinin simfoniyaları ifa olunur. İnaqurasiyada iştirak edənlər Prezident qvardiyası və mərasimdəki digər ordu birləşmələrinin, gürcü silahlı qüvvələrinin döyüş bayrağı ilə təntənəli keçidini izləyir.

Tiflis vaxtı ilə saatlar 13.00-ı göstərir və yeni prezident mərasimin protokulunda nəzərdə tutulduğu zamanda parlamentin həyətinə daxil olur.

II İlianın əli havada qalır

Marqvelaşvilinin bütün hərəkətləri və addımları protokola uyğun olsa da, azacıq səhvə yol verdi. Parlament binasına daxil olan gürcü prezident qonaqları salamlaya-salamlaya ölkə rəhbərliyinin əyləşdiyi yerə tərəf gəlir. İlk olaraq baş nazir və eyni zamanda özünün partiya sədri olan Bidzina İvanişvili ilə görüşüb salamlaşır. Protokola görə isə, ilk olaraq bütün Gürcüstanın patriarxı II İlia ilə görüşməli idi. Elə dini rəhbər də o cür zənn etdiyi üçün əlini onlara doğru addımlayan Marqvelaşviliyə doğru uzadır. Marqvelaşvilinin əlini baş nazirə doğru uzatdığını görən II İlia, əlini yavaşca aşağı salır. Marqvelaşvili daha sonra Gürcüstanın ali dini liderini salamlayır və əlini öpmək üçün onun qarşısında lazım olduğundan da artıq əyilir. Yeni prezidentin bu hərəkətini az öncəki yanlışını başa düşməsi kimi də qiymətləndirmək olar. (Bax: Video)

Az sonra Marqvelaşvili and içəcəyi yerə gəlir və gürcü qanunvericiliyinə görə and içir:

"Mən, Gürcüstan prezidenti olaraq, Gürcüstan Konstitusiyasına əməl edəcəyimə and içirəm və əlimdən gələn hər şeyi öz ölkəmin birliyi və inkişafına nail olması üçün etməyə söz verirəm".

Prezident and içdikdən sonra Gürcüstanın himni səslənir. Marqvelaşvili döyüş bayrağı ilə keçirilən keçidi qəbul edərək, Ali Baş komandanın öhdəliklərini də öz üzərinə götürür.

İvanişvili Rövnəq Abdullayevi arxadan çağırır

Azərbaycan tərəfindən inauqurasiya mərasimində rəsmi olaraq Baş nazir Artur Rasizadə iştirak etsə də, ARDNŞ prezidenti Rövnəq Abdullayev də qonaqlar arasında idi. Mərasim başa çatarkən gürcü baş naziri İvanişvili parlament binasının çıxışına doğru addımlayan Rövnəq Abdullayevi çağırması və yaxınlaşıb salamlaşması da diqqətimizdən yayınmadı.

ARDNŞ Prezidenti binanı tərk etdikdən sonra parlamentin qabağında olan baş nazir Artur Rasizadə ilə birgə yollarına davam edir.

Bakı-Tiflis-Bakı

Tarix
2013.11.18 / 11:54
Müəllif
Tural Qurbanlı
Şərhlər
loading...
Digər xəbərlər

Atatürkün vəsiyyətini yazdığı şəhərdən – Reportaj

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Visla sahilində Atillanın əsgəri

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Vyanada Şuşanı, Şuşada Vyananı xatırlamaq - Foto

Rossiya-24-ün Bakı reportajı - Video

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla