Yuxarı

Maşın bazarında bayramqabağı vəziyyət – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün sonra geridə qoyacağımız 2014-ci ildə ölkəmizin avtomobil bazarında ötən illərə nisbətən durğunluq yaşandı. Avtomobil satışı ilə məşğul olan sahibkarların əksər hissəsi isə alıcı sayının azalmasını cari ilin əvvəlində kreditlərin dayandırılması ilə əlaqələndirdi.

Axar.az olaraq durumu ətraflı müşahidə etmək üçün paytaxtın Badamdar qəsəbəsində yerləşən maşın bazarına yollandıq.

İlk olaraq bazara daxil olarkən müşahidə etdiyimiz mənzərə Sovet istehsalı olan avtomobillərin rəqabətdə Avropa avtomobillərinə uduzduğunu göstərdi. Alıcıların əksər hissəsinin Almaniya və Koreya istehsalı olan avtomobillərə maraq göstərdiyi aydın görünürdü. Ötən illərlə müqayisədə bazardakı alıcı sayının azlığı isə kredit sisteminə tətbiq olunan sanskiyanın avtobazara təsirsiz ötüşmədiyinin əsas göstəricisi idi.

Artıq üç həftədir ki, şəxsi VAZ 2107 markalı avtomobilini satmaq üçün bazara gətirən Aslan Həsənov da alıcı sayının azlığından şikayətləndi:

"Saat 09:00-dan bazardayam, artıq saat 13.00-dur. Bir nəfər yaxınlaşıb soruşmayıb ki, maşını neçəyə satırsan? 3 həftədir bazara gətirirəm maşını. Bu müddət ərzində yalan olmasın, uzağı iki nəfər ciddi alıcı kimi yaxınlaşıb. İndi hələ bayram ərəfəsi olduğuna görə bazarda müəyyən qədər canlanma var.

Ümumilikdə Sovet istehsalı avtomobillərə maraq azalıb. İndi insanlar yanacaq sərfiyyatı daha qənaətli və təhlükəsiz avtomobillərə həvəs göstərir. Misal üçün, mənim avtomobilim 2006-ci il buraxılışıdır. Qiymətini 4900 $ demişəm. Ancaq bu qiymətə bazardan "Mersedes" də almaq olar. Adətən bu cür seçim arasında qalan alıcılar alman avtomobillərinə üstünlük verir. Nəticə də belədir… Sovet istehsalı olan avtomobillər bazarda tökülüb qalıb".

Bazardaxili avtomobil satışı ilə məşğul olan sahibkarlar da satışın ürəkaçan olmadığından şikayətlənir.

Satıcı Ayaz Cəfərov bəzi avtomobillərin 3-4 aydır ki, satılmadığını və satışın geriləməsinə səbəb kimi kreditlərin dayandırılmasını göstərdi:

"Ötən il ilə müqayisədə builki satış çox zəif oldu. Kreditlərin dayandırılması satışa ciddi şəkildə təsir etdi. Ümidvarıq növbəti ildən hər şey yaxşı olacaq".

Bazara alıcı kimi gələn insanlar isə qiymətlərin qalxdığını bildirir.

Artıq neçə həftədir bazara avtomobil almaq üçün gələn Orxan Vəliyev xarici ölkələrin istehsalı olan avtomobillərin qiymətlərinin yüksəldiyini deyir:

"Ötən ayla müqayisədə qiymətlərdə 1000 dollara yaxın artım var. Misal üçün, keçən ay 23.400 dollara bazara çıxarılan "Mitsubişi" markalı avtomobili indi 24.400 dollara satırlar. Bu böyük fərqdir. Bu kimi digər avtomobillərdə də artım müşahidə olunur.

VAZ-2107, VAZ-2106 markalı avtomobillərin isə qiyməti ötən aylara nisbətən ucuzlaşıb".

Tarix
2014.12.30 / 09:15
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla