Yuxarı

Öldürülən Qızıl Məryəm haqda MUM-da nə dedilər - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qızı Günel Hüseynova tərəfindən amansızlıqla öldürülən qızıl ticarətçisi Məryəm Nametzadənin mağazası boşaldılıb.

Axar.az-ın əməkdaşı Mərkəzi Univermaqda mərhumənin sahibi olduğu "Jevelleri" qızıl vitrininin bağlandığının şahidi olub.

Mərhumə dükanına nəvəsinin adını qoyub. Piştaxtanın arxasında "Zəhra Jevelleri" yazılıb. MUM-un alt mərtəbəsində yerləşən zinət mağazasının yanındakı digər obyektlər isə işini davam etdirir. M.Nametzadənin qətlindən sonra onun mağazası yerləşən nöqtədə təhlükəsizlik gücləndirilib.

Hazırda həmin yerdə iki polis əməkdaşı keşik çəkir. Onun iş yoldaşları isə mərhumə barəsində ehtiyatla danışırlar. Onların sözlərinə görə, M.Nametzadə univermaqda veteran sahibkarlardan biri olub.

O, uzun müddətdir burada çalışırmış və MUM-da bir qızıl mağazası olub.

Onlar Məryəm xanımı hörmətli insan kimi xatırlayırlar və bu faciədən sonra hər kəs sarsıntı içərisindədir. İş yoldaşları qeyd ediblər ki, o, həmişə ehtiyacı olanlara əl tutub, səxavətini əsirgəməyib.

Univermaq rəhbərliyindən isə Axar.az-a bildirildi ki, M.Nametzadənin burada çalışan xadimədən tutmuş polisə qədər, hamının yanında nüfuzu vardı. Rəhbərlikdən o da deyilib ki, alverin zəifləməsi ilə əlaqədar onun son dövrlər qızıl-zinət əşyalarını hər gün mağazadan evə aparması haqda deyilənlər doğru deyil:

"Əvvəla, buna ehtiyac yoxdur. Çünki həm mühafizə xidməti var, həm təhlükəsizlik kameraları yerləşdirilib. Univermaq Daxili İşlər Nazirliyi ilə üzbəüz yerləşir və sahibkarların öz mallarını təhlükəsizlik üçün evə aparıb-gətirməsi düzgün deyil. Burada seyflər var və hər cür təhlükəsizlik tədbiri görülüb. Ona görə də Məryəm xanımın evinə qızıllarını daşıması yalandır".

Rəhbərlikdən deyilib ki, qızı Günel Hüseynova burada işləməyib:

"Ara-bir yanına gəlib-gedirdi. Amma biz onu yaxından tanımırıq. Məryəm xanım isə həmişə hörmət sahibi olub və kollektiv bu hadisədən sonra dərin sarsıntı içindədir. İnanmaq olmur ki, övladı belə bir ananı öldürüb".

Onu da deyək ki, M.Nametzadənin "Atbaş" ləqəbli avtoritet İlqar Cəbrayılovun yaxın adamı olduğu deyilir. 2012-ci ilə qədər İ.Cəbrayılov M.Nametzadənin himayəçisi kimi tanınıb.

Məşhur avtoritet Ded Xasan klanının tanınmış azərbaycanlı üzvü olub. O, Aslan Usoyanın mühafizəsinə cavabdeh idi. 2012-ci ildə Ded Xasanın qətlindən bir neçə ay sonra "Atbaş" da öldürülüb.

Qeyd edək ki, yanvarın 5-də M.Nametzadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumənin qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.01.09 / 09:27
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla