Yuxarı

Qonşular dələduz bankirin atasından nələr dedi - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Salam.

- Ay əleyküməssalam.

- Ağsaqqal, çoxdan burda yaşayırsınız?

- Bəli, necə bəyəm?

- Bu ərazidə ad günü keçirmək üçün münasib bildiyiniz restoran, şadlıq evi varmı?

- Var, niyə yoxdur? Qabaqda biri var, bir az o tərəfdə də biri...

- Bəs, "Humay" şadlıq sarayı necədir?

- Məsləhət görmürəm...

- Niyə?

- Sözlü-söhbətli yerdi…

- Necə yəni sözlü-söhbətli?

- Obyektin böyüyünü "moşennik"liyə görə tutublar. Camaatı bura (əli ilə şadlıq sarayını göstərir -müəll.) yığıb nə qədər pullarını alıb. Sonra məlum oldu ki, xeyli adamı aldadıb. Ona görə tutdular, 15 il verdilər.

- Kimdi ki?

- Zal…

Bu dialoq Publika.az-ın əməkdaşı ilə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində Ramiz Aboyev adına Mədəniyyət və İstirahət Parkında istirahət edən sakinlərdən biri arasındadır.

Qeyd edək ki, həmsöhbətimizin adını çəkdiyi Zal Texnikabank ASC-nin Bakı filialının sabiq rəhbəri, onlarla insanın milyonlarla manat pulunu mənimsəmiş Zal Yusifovdur. O, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2010-cu ildə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun atası isə Ali Məhkəməyə şikayət ərizəsində iddia edib ki, Zal Yusifova məxsus və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunması üçün üzərinə həbs qoyulan "Humay" şadlıq sarayı, həmçinin, digər mülklər oğlu Zal Yusifovun yox, guya, onun özünündür.

Biz də əsl həqiqətin nədən ibarət olduğunu öyrənmək üçün sözügedən məsələ ilə bağlı məhkəmədə dəfələrlə sübuta yetirilmiş məqamlara bu dəfə jurnalist araşdırması ilə aydınlıq gətirmək istəyirik...

"Eşitdik ki, "Humay"ın böyüyü dələduzluq edib..."

Elə Rəsulzadə qəsəbəsinin sakinləri, o cümlədən, "Humay" şadlıq evinin yerləşdiyi parkda gəzişən, istirahət edən insanlarla söhbətlərimiz bir sıra gizli məqamlara, mətləblərə gerçəkdən də aydınlıq gətirdi.

Məlum oldu ki, Zal Yusifovun atasının məhkəmədəki ifadələri qətiyyən doğru deyil. Zakir Yusifovun söylədiklərinin əksinə, məhkəmənin qərarı ilə üzərinə həbs qoyulmuş "Humay" şadlıq sarayı heç də ona yox, dələduzluq üstündə həbs edilmiş oğluna məxsusdur.

Söhbətləşdiyimiz sakinlər bildirdilər ki, yaxınlıqda yaşayanlar əvvəllər xeyir-şər məclislərini "Humay"da edirmişlər: "Eşidəndə ki, oranın böyüyü içəridədir, dələduzluğa görə həbs edilib, başqa yerlərə üz tutduq. Çünki adam sözlü-söhbətli yerdən uzaq olmağa çalışır...".

Qəsəbə sakini İbrahim kişi deyir ki, adıçəkilən şadlıq sarayı əvvəllər çox kiçik olub: "Humay" bir neçə il əvvələ qədər balaca kafe idi. Sonradan bankir (Zal Yusifov nəzərdə tutulur -müəll.) onun ərazisini xeyli genişləndirdi. Təxminən 2000-ci illər olardı. Əlavə kabinetlər yaradıldı, arxada xüsusi mətbəx və zal tikildi. Özü də bahalı çay daşlarından. Bundan sonra "Humay" həm də şadlıq sarayı kimi fəaliyyət göstərməyə başladı.

Zal özü də hər gün buralarda olurdu. Şadlıq evində özünün ayrıca iş otağı vardı. Zalın qızının adı Humaydır. Bu restoranı da qızının şərəfinə "Humay" adlandırmışdı. Qəsəbədə hamı onu "bankir" adlandırırdı. Camaatla "Humay"da görüş keçirirdi. Sonra məlum oldu ki, şadlıq evində onları aldadaraq pullarını ələ keçirib".

"Obyektin sahibi Zal Yusifovdur"

Uzun illərdir burada yaşadığını və hər gün parkda gəzdiyini deyən Rasim Məmmədov isə bildirdi ki, Zakir Yusifovun "Humay" şadlıq evinin və mülkün üstündən həbs qərarının götürülməsini tələb etməsi heç də təsadüfi deyil: "İndi şəhid Ramiz Aboyevin adını daşıyan mədəniyyət və istirahət parkı ötən əsrin 50-ci illərində salınıb. Bu işdə o vaxtlar yüksək vəzifədə işləmiş Kamran Rəhimovun xüsusi əməyi olub.

Ramizin özü burda yaşayıb, anası, deyəsən, rayondakı kitabxanada işləyirdi. Ramiz Qarabağda şəhid oldu. Qərara aldılar ki, parka onun adını versinlər. Səhv etmirəmsə, 90-cı illərin əvvəllərində burda kimsə torpaq götürdü. Sonra obyekt tikməyə başladı. Öyrəndik ki, obyektin sahibi bankda işləyir. "Posyolka Kirov"da (Rəsulzadə qəsəbəsi - müəll.) bank müdiri kimi ad çıxarmışdı. Adı Zal idi. Tez-tez şadlıq sarayında görünürdü, camaatla görüşürdü. Nə qədər adam inanıb ona pul vermişdi. Şadlıq evinin sahibi olduğundan, çox adam ona etibar etmişdi...

Sonra bir gün tanışım Tofiq dedi ki, obyektin sahibi camaatın pulunu ələ keçirdiyinə görə, dələduzluq üstündə tutulub. "Humay"dan qazandıqları gözlərini doyurmayıb, keçib dələduzluğa...".

"Zakirdə bu qədər pul hardan idi?!."

"Hər gün burda yeyib-içməkdir. Toyların, banketlərin ardı-arası kəsilmir", - bunu isə sakinlərin "müəllim" deyə çağırdıqları Mehdi kişi deyir.

O da təsdiqləyir ki, "Humay" Zal Yusifovun özünə məxsusdur: "Yalan deyirlər, obyekt Zalındı. Biz uşaq-zad deyilik ki, kimsə aldada. Allaha şükür, savadımız da var, dünyagörüşümüz də. Böyüyünü bir müddət əvvəl tutdular, sonra eşitdim ki, məhkəmə şadlıq evinin müsadirə olunması haqda qərar çıxarıb. Obyektin şefi indi "moşenniklik" üstdə yatır. Ötən il burda camaat danışırdı ki, nə qədər adamı aldadıb...".

Müsahibimizə Zal Yusifovun atası Zakir Yusifovun "Humay" şadlıq sarayının oğluna deyil, özünə məxsus olduğunu iddia etməsini xatırlatdıqda, o, bunun yalan olduğunu dedi: "Yalan deyir. Zəki İslamda (Qeyd edək ki, Zakir Yusifov "Zəki İslam" imzası ilə şer də yazır – red.) bu qədər pul hardan idi? Ailələrini qiyabi də olsa, tanıyıram. Zəki o qədər varlı adam deyildi ki, belə obyekt tikdirsin. Özü də belə bir yerdə - Bakının mərkəzində. Bu istirahət parkında yer almaq, şadlıq sarayı tikmək onun gücü çatan iş deyil. Oğlu Zal əvvəl bizneslə məşğul olurdu, sonra bankda işə düzəldi. Yaxşı vəzifədə işləyirdi. Zəki İslam ondan sonra "dirçəldi". Buranı da oğlu tikdirdi..."

"Obyekt Zakirin idisə, niyə oğlu vəzifədə işləyəndə tikildi?"

Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, Zal Yusifovun aldatdığı müştərilər, zərər vurduğu onlarla insan arasında onların da qohumları var.

Qəsəbə sakini Elşən Yusifov bildirdi ki, Zakir Yusifovun bu cür biznesə sahib olması mümkün deyil: "Zəki İslamın vəzifədə işlədiyi dövrdə bu qədər pul toplaması müşkül məsələdir. Sovet dövründə bir maşın alan kimi adamı sorğu-suala çəkirdilər. Dövlətin ayırdığı əməkhaqqından savayı da uzağı xırda "çax-çux"un olardı. Həmin "çax-çux"la kafe almaq çətin idi. Zəki kişi indi elə deyir ki, oğlunun obyekti əllərindən çıxmasın. Çünki bu obyekt "yağlı" yerdədi. Ağsaqqal adamdı, amma yalan danışır. Sovet dövründə yaxşı qazansa belə, belə bir obyekt tikdirə bilməzdi. O boyda külfəti dolandırırdı. Üstəlik, "Humay" 1992-ci ildə kiçik kafeyə oxşayan bir obyekt idi. Zakir belə pullu adam idisə, kafeni elə həmin vaxtlarda böyük obyektə çevirərdi də… Daha niyə 12-13 il sonra - oğlu bankda işləyəndə şadlıq sarayı tikirdi?".

E.Yusifov dələduz bankir tərəfindən aldadılmış insanlar arasında onun qohumunun da olduğunu qeyd etdi.

"Zəki İslamın obyekti deyil, oğlunundur"

Qeyd edək ki, özümüzü bəzi sakinlərə jurnalist, bəzilərinə isə "Humay" şadlıq evində banket sifariş vermək istəyən müştəri kimi təqdim etdikdə də, Zakir Yusifovun söylədiklərinin yalan olduğunu öyrəndik. Sakinlər bildirdilər ki, "Humay" Zal Yusifov bankır olandan sonra onun müştərilərdən oğurladığı pullar hesabına yeni dizaynda inşa və təmir olunub: "Bu, Zal bankda rəhbər vəzifədə işlədiyi vaxtlarda olub. O, obyektin gəlirini artırmaq üçün bura xeyli maya qoydu. Daha çox müştəri qəbul edə bilmək üçün xeyli kabinetlər artırdı. Kiçik, rütubətli banket zalı ilə müqayisədə burada böyük toy məcilislərinin təşkili üçün yeni zal inşa olundu".

"Dağıstan işlədir, Akif nəzarət edir..."

Parkda dincələn Qalibə İmanova adlı təqaüdçü qadın 70-ci illərdən bu qəsəbədə yaşadığını deyərək, bir çox mətləblərə aydınlıq gətirir: "Təkcə şadlıq evi yox, parkın yanındakı villa da Zəki kişinin oğlunundur (Söhbət Zal Yusifovun atasının həyətində tikdirdiyi 4 mərtəbəli, 2 bloklu yaşayış binasından gedir. Amma maraqlıdır ki, istintaq həmin tikilini üzərinə həbs qoyulan əmlakların siyahısına salmayıb – red.). Bu dəqiqə neçə milyon qiyməti var. Zal bilmirdi ki, camaatın pulunu öz cibinə qoyanda, axırı belə olacaq"?!.

Qadının dilindən: "Humay"ı şadlıq evi edən Zal oldu. Bankda işləyəndə yaxşı qazanırdı. İndi özü içəridədir. "Humay"ı isə indi Dağıstan adlı bir nəfər işlədir. Toy, banket sifarişlərini özü qəbul edir. İstəsəniz, iki gün sonra gəlin, sizi əlaqələndirim. Orda biri də var, adı Akifdir. Dağıstandan sonra ikinci adam odur".

Qəsəbə sakini İbrahim kişi isə "Humay"ın bir vaxtlar Binəqədi rayonunda başqa cür də ad çıxardığını xatırlayır: "Dəfələrlə burda müştərilərlə şadlıq evinin işçiləri arasında mübahisə yaranıb. Toy sahibləri ilə ofisiantlar az qalıblar, dava eləsinlər. Belə olanda qonaqlara başa salırdılar ki, "Humay" bankir Zalındır, elə-belə adamın deyil. Onu tutandan sonra səs-küyləri bir az səngidi. Daha mübahisə-zad olmur..."

"Humay" bankir Zalın olduğuna görə…"

Zəka adlı sakinin sözlərinə görə, "Humay"ın Zala məxsus olması bir yana, bu şadlıq sarayının özünün də fəaliyyəti yoxlanılmalıdır: "Yayda parkdakı obyektləri yoxladılar. Uşaq attraksionu vergidən yayındığına görə cərimə edildi. Məncə, elə "Humay"ın ərazisində fəaliyyət göstərən kafelərin də vergi ödəmələri yoxlanılsaydı, yaxşı olardı.

O restorana "gözün üstdə qaşın var" deyən yox idi. Çünki bankir Zalın obyekti idi. Özü də camaatın pulu ilə elə burda (parkın sağ tərəfini göstərir -müəll.) topdağıtmaz villa tikdirib..."

Söhbətləşdiyimiz bu şəxs də Zakir Yusifovun "Humay"ın ona məxsus olması iddialarının həqiqətə uyğun olmadığını bildirdi: "Zakir sovet dövründə nə qədər pul qazanmışdı ki, o boyda villanı, bu boyda obyekti tikdirib? Özü də niyə 90-cı, 91-ci ildə yox, sonradan? Qəsəbədə hamı bilir ki, "Humay" Zalındı. Özü də onu bankda vəzifədə işləyəndə camaatın pulu ilə tikdirib... Zəki İslam Göyçədən qaçqın düşəndən sonra hamı kimi maddi çətinlik içərisində yaşayıb. Uşaqlarını nə zülmlə oxudub, sonra evləndirib. Neçə oğlu evli ola-ola uzun illər balaca bir daxmada bir yerdə yaşayıblar. Zəki İslamın pulu vardısa, əvvəldən üzə çıxardardı da. Zal bankir olandan sonra qardaşlarına şəhərin mərkəzində ev, Novxanıda bağ aldı. Hamısına bahalı maşın aldı. Qardaşlarının qızlarının cehizlərini verdi, toylarını etdi. Qardaşı Zülalı məhkəmədə vəzifəyə qoydu (Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsində sədrin köməkçisi işləyən Zülal Yusifov qardaşı Zal Yusifov dələduzluq üstində həbs edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb – red.)".

Tarix
2016.01.19 / 10:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla