Yuxarı

Ziyalılar birinci qrup əlilə belə dəstək oldu - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın, Sağlamlığın Qorunması İB-in, Xətai Sənət Mərkəzinin dəstəyi ilə gənc rəssam Ramil Əhmədovun rəsm sərgisi keçirilib.

Kult.az xəbər verir ki, ziyalıların, QHT fəallarının, sənətsevərlərin iştirak etdiyi tədbirdə rəssamın müxtəlif mövzularda çəkdiyi əsərləri təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Qənirə Paşayeva gənc rəssam Ramil Əhmədovun fitri istedadından bəhs edib. Qeyd edib ki, istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə, daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən əsərlərə baxdıqca, sanki, tamaşaçı Ramil Əhmədovun işıqlı könül dünyasına səyahət edir, onun xəyal və fikirlərinin məhsulu ilə tanış olur.

Millət vəkili bildirib ki, sərgi iştirakçıları birinci qrup əlil olan Ramilin əsərlərindən zövq almaqla yanaşı, həm də onu alaraq Novruz bayramı ərəfəsində rəssama mənəvi və maddi dəstək vermiş olarlar. İlk olaraq, millət vəkili Qənirə Paşayeva Ramil Əhmədovun əsərləri içərisindən bir tablosunu bəyənərək seçib.

Antalya Qəzetçilər Cəmiyyəti və Ağdəniz Qəzetçilər Federasiyası başqanı Mövlud Yeni istedadlı gəncin əsərlərini çox bəyəndiyini, bu cür istedadlı gənclərin olmasından qürur duyduğunu vurğulayıb. Qeyd edib ki, onun əsərlərindən ibarət sərgi Türkiyədə də keçirilə bilər.

Türk Ocaqları Antalya şöbəsinin başqanı Abdullah Uysal rəssamın istedadına heyran olduğunu vurğulayıb, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən millət vəkili Sona Əliyeva, Ülviyyə Abdullayeva, modelyer Gülnarə Xəlilova, ASAN radionun rəhbəri Emin Musəvi, yazıçı Şəmil Sadiq, eləcə də digər ziyalılar istedadın Allah vergisi olduğunu vurğulayıblar, çıxış edənlər gənc rəssamın əsərləri içərisindən bəyəndiklərini alaraq, onunla xatirə şəkli çəkdiriblər.

Tarix
2017.03.19 / 22:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla