Yuxarı

Məşhur filosof niyə ölümü seçdi? – Vəkil yazdı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Sokratın iki seçimi vardı: ya zərəhli baldıran otunu içərək ölmək, ya da sürgün olunmaq.

Kult.az xəbər verir ki, bu sözləri vəkil Aqil Layıc Louis Davidin “Sokratın ölümü” tablosu haqda fikirlərini bildirərkən yazıb. Sokratın məşhur məhkəməsinə toxunan vəkil bildirib ki, Sokrat sürgünə gedəcəyi zaman ictimaiyyəti aydınlatma fəaliyyətindən - fəlsəfi missionerliyindən məhrum olacaqdı və ona görə də ölümü seçdi:

“Məşhur fransız rəssamı Jakques Louis David 1787-ci ildə çəkdiyi “Sokratın ölümü” tablosu ilə Sokratın mühakiməsinin bütün çılpaqlığını ortaya qoyur. Şəkil hazırda ABŞ-da Metropolitan Sənət Muzeyində saxlanılır.

Həmin rəsmdə Sokratın dizinə əlini qoyan Platon, ayaq ucunda kədərlə oturan Kritondur. Bu tabloda qırmızı paltarlı və əlindəki baldıran zəhərini istəməyərək Sokrata uzadan isə onun tələbəsidir. Onlar Sokratın ölməməsi, alternativ cəzanı seçməsi üçün onu razı salmaq istəsələr də, bacarmadılar. Sokrat bilirdi ki, haqlıdır, missiyasından imtina etmək isə haqdan imtina etməkdir. Haqdan imtina etmək onu xaraktersizləşdirəcəkdi. Ölümü seçdi. Üstündən 2400 ildən çox vaxt keçib. Amma Sokrat ideyaları və dərin təfəkkürü yaşayır, mühakimə edənlər isə lənətlənir.

Dünyanın məşhur filosoflarından olan Kant Sokratı “ağlın idealı”, Hegel isə "insanlıq qəhrəmanı" adlandırmışdır”.

Tarix
2017.06.04 / 15:35
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla