Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2018


Trampın kürəkənindən Azərbaycana böyük dəstək

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuşner azərbaycanlı rəssamın əsərlərini Nyu Yorkun ən məşhur binasının vitrinində yerləşdirib

ABŞ-da yaşayan gənc azərbaycanlı rəssam İlqar Talıbovun əsərləri ilk dəfə olaraq Nyu Yorkda təqdim edilib.

Bu barədə Sputnik Azərbaycan-a rəssam özü məlumat verib. Talıbovun sözlərinə görə, o, yeganə azərbaycanlı rəssamdır ki, onun əsərləri digər amerikalı həmkarlarının əsərləri ilə birlikdə təşkilatçılar tərəfindən seçilib və Nyu Yorkun Hudson-street, 60 ünvanındakı məşhur binada təqdim olunub.

Məsələnin maraqlı məqamlarından biri də budur ki, həmin sərgi ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşner tərəfindən təşkil edilib.

Nyu Yorkun Hudson-street, 60 ünvanındakı binada gənc azərbaycanlı rəssam İlqar Talıbovun əsərləri

Ekspozisiyada Talıbovun kolleksiyasından qadınlara həsr olunmuş "Feminine Collection"dan 3 əsər təqdim olunub: "Egyptian Woman", "Miss Ronnie" və "Blue Woman". Talıbov deyib ki, təşkilatçının təşəbbüsü ilə onun rəsmləri birbaşa binanın vitrinində yerləşdirilib. Bu da azərbaycanlı rəssamın əsərlərinin gəlib-gedən hər kəs tərəfindən görülə biləcəyi yerdir. Həmçinin əsərlərə rəssam haqqında informasiyalar da əlavə olunub.

Talıbov etiraf edib ki, onun əsərlərinə münasibət müsbətdir. Rəssamın yaradıcılığı qonaqların o qədər xoşuna gəlib ki, onun əsərlərini Pablo Pikassonun əsərləri ilə müqayisə ediblər.

Sərgi iyulun sonuna qədər davam edəcək.

İlqar Talıbov 2 avqust 1991-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan incəsənətə böyük maraq göstərib. Onu 16 yaşında Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul ediblər. 2001 və 2006-cı illərdə onun Bakıda fərdi sərgisi olub. İstedadlı rəssamın əsərləri həmçinin Rusiya, Türkiyə, İran, Böyük Britaniya, ABŞ və digər ölkələrdə də sərgilənib.

Talıbov həmçinin fotoqrafiya və kompüter qrafikası ilə də məşğuldur. Son üç ildir ki, o, ABŞ-da yaşayır və işləyir.

Tarix
2017.07.15 / 00:17
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Leyla Əliyevaya hədiyyə verildi - Foto

İsveçli qadının Bakı sevgisi - Foto

Prezidentin təltif etdiyi Qurbanov danışdı

Leyla Əliyeva Ömər Eldarov üçün tort kəsdi - Foto

Leyla Əliyeva “Red Bull Illume” fotosərgisinin açılışında - Foto

Da Vinçinin tablosuna 450 milyon verən şəxs bilindi

İpək yoluna aid tarixi xəritə muzeyə qaytarıldı

Bakı, 19-cu əsr: unikal görüntülər Reimsdə - Foto

Hitlerin çəkdiyi rəsm əsəri 75 sentə satıldı

Da Vinçinin “60 dollarlıq” əsəri 450 milyona satıldı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla