Yuxarı

Tarixi şəxsiyyətləri “dirildən” sənətkar - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərsəyə gətirdiyi əl işlərini sosial mediada paylaşan gənc heykəltaraş minlərlə izləyici tərəfindən bəyənilir. Söhbət türkiyəli heykəltaraş Murad Daşqından gedir.

Gənc sənətkarın bu qədər çox sayda izləyici toplaması onun hazırladığı heykəllərin çaşdırıcı dərəcədə həqiqi olmasıdır. 1975-ci ildə Ankarada dünyaya göz açan sənətkar 1996-2000-ci illər arasında peşəsi üzrə təhsil almış, 1998-ci ildə özünün ilk iş yerini qurmuşdu.

Musavat.com əl işləri ilə hər kəsi heyrətləndirən gənc sənətkarı sizlərə təqdim edir.

Murad Daşqın əsasən Türkiyənin tarixi və məşhur şəxsiyyətlərinin heykəllərini hazırlayır. Bu heykəllər arasında Mustafa Kamal Atatürk başda olmaqla, Kamal Sunal və Barış Manço və Əhməd Qaya kimi tarixi şəxsiyyətlər də yer alıb.

Sənətkar əl işlərinin istehsal mərhələlərini və detallarını da instagramda izləyiciləri ilə bölüşür. Onlardan məsləhətlər alaraq bəzi düzəlişlər də edir.

Ən çox marağa səbəb olan əl işi isə hamımızın Şaban kimi tanıdığımız Kamal Sunalın heykəlidir. Heykəl o qədər canlı görünür ki, sanki mərhum aktyor yenidən canlanıb.

Murad Daşqın hazırda fəaliyyətini Ankaradakı ofisində davam etdirir. Onun təkcə Türkiyədə deyil, xaricdə də əl işləri, hazırlaadığı heykəllər var.

Gənc sənətkar bu işə yeni başlayanlar üçün məsləhətlər də verir. O, bu iş üçün öncə sənətkar duyumunun olmasını vacib sayır. Bu cür heykəllərin ərsəyə gətirilməsi üçün də xeyli maddi vəsaitə ehtiyac oldunu qeyd edir.

Maraqlanan oxucularımız üçün qeyd edək ki, haqqında bəhs etdiyimiz gənc sənətkarın əl işlərini buradakı instaqram hesabından da izləyə bilərsiniz.

Tarix
2017.08.08 / 01:09
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla