Yuxarı

Yeniyetmələr Aprel savaşını belə görür - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) keçirdiyi “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” layihəsi davam edir.

Kult.az xəbər verir ki, 4 ay müddətində (iyul-noyabr) keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təhsil alan yeniyetmə rəssamlar 2016-cı ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin qəhrəmanlıq anının rəsmini çəkəcəklər.

Layihəni keçirməkdə məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrində vətənpərvərlik hissi oyatmaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, vətən uğrunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir.

50 qəhrəmanın təsvir olunduğu rəsm əsərlərinin çəkilmə prosesi yekunlaşandan sonra əsərlər Azərbaycan Hərb Tarixi Muzeyində sərgilənəcək. Sonda rəsm əsərləri muzeyə hədiyyə olunacaq, yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, rəssamlar qəhrəmanların obrazlarını yaradarkən tanınmış jurnalist Aida Eyvazlının aprel döyüşləri şəhidlərindən bəhs edən “Qalibiyyət - şahidlər və şəhidlər” kitabından yararlanıblar.

Tarix
2017.09.29 / 20:52
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla