Yuxarı

“Kapital Bank” metroda fotosərgi təşkil etdi

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində sosial layihənin rəsmi tərəfdaşı olub. Belə ki, 1 noyabr 2017-ci il tarixində metronun Nəriman Nərimanov stansiyasında “Köhnə Bakı” mövzusunda fotosərginin açılış mərasimi keçirilib.

Kult.az xəbər verir ki, ümumilikdə 90 fotonun yer aldığı sərgidə hər fotonun yanında Azərbaycan, Rus və İngilis dilində izahı qeyd olunub. Sərgi izləyicilərinə nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş "QR-kod" vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür.

Məşhur həvəskar tarixçi-tədqiqatçı Fuad Axundovun məsləhətləri ilə seçilən fotolar 6 ay ərzində stansiyada sərgilənəcək. Sərgidə paytaxtın arxitekturası, neft mədənləri, tacirlər, şəhər sakinləri və digər maraqlı fotolar nümayiş edilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.11.02 / 10:47
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla