Yuxarı

Bakı, 19-cu əsr: unikal görüntülər Reimsdə - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının 19-cu əsrdə çəkilmiş bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində “Musée-Hôtel Le Vergeur” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşəbbüsü ilə sərgilənib.

Kult.az xəbər verir ki, sərgirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Ekaterina Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell də daxil olmaqla, 60-a yaxın qonaq iştirak edib.

Fotoşəkillər səyyah, fotoqraf, xeyriyyəçi və “Musée-Hôtel Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft (1853–1935) tərəfindən çəkilib. O, 1896 və 1898-ci illərdə Rusiya çarı II Nikolayın xeyir-duası ilə Cənubi Qafqaza səyahət edib. Onun Paris Coğrafiya Cəmiyyətinin qızıl medal və Fransa Akademiyasının Monthyon mükafatını qazanmış bəzi fotoşəkilləri 1902-ci ildə “Haçette” nəşriyyatı tərəfindən “Rus Türkistanından keçərkən” (Á travers le Turkestan russe) kitabında dərc edilib. Bu vaxta kimi bəzi fotoşəkillər heç bir yerdə sərgilənməyib.

Hugues Krafft Azərbaycan da daxil olmaqla Cənubi Qafqazın mindən artıq görüntüsünü lentə alıb. Onların 547-si “Musée-Hôtel Le Vergeur” otelinin arxivində saxlanılır. Bu fotoşəkillər demək olar ki, yoxa çıxmış məkanı və zamanı özündə təcəssüm etdirir. Bəzilərində insanlar gündəlik həyatda öz fəaliyyətləri ilə məşğul olarkən, bəzilərində isə onların ilk fotoçəkiliş təcrübəsi olan hadisə üçün xüsusi seçilmiş ən yaxşı paltarlarında cilvələnərkən əks olunublar. Ümumilikdə, Cənubi Qafqazda çəkilmiş şəkillərdən 26-sı 1898-ci ildə Bakıda çəkilib.

Fransada yaşayan gürcü tarixçisi Ana Çeişvilinin rəhbərliyi altında və TEAS Fransa ofisindən Ülkər Muller tərəfindən koordinasiya edilən bu maraqlı sərgi həm sosioloji, həm də etnoqrafik cəhətdən çox dəyərlidir.

Krafft tərəfindən təsis edilmiş Köhnə Reims Dostları Cəmiyyətinin sədri Jan-Fransua Kornü tədbir iştirakçıları qarşısında çıxış edərkən deyib: “Krafftın lentə aldığı fotoşəkilləri füsünkar mənzərə və abidələri, yerli xalqların geyim və mərasimlərini unikal və əvəzedilməz ifadələrə çevirdi...

Krafft rus imperiyasına səfər etdikdə Bakı bir əyalət şəhəri idi. Lakin o, şəhərin türk, fars və rus irsi ilə dolu olan memarlığına heyran qaldı. Krafft böyük səyyah, tarixçi, yazıçı, fotoqraf və etnoqraf idi. Əminəm ki, bu sərginin sayəsində iştirakçılar müasir Bakını ziyarət etmək istəyəcəklər”.

TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin:

“Fransadakı şəxsi kolleksiyalarda və arxivlərdə saxlanılan fotoşəkillərə baxarkən, biz Hugues Krafftın Qafqazdakı səyahətlərinə aid fotoşəkillərin mövcudluğunu aşkar etdik və əmin olduq ki, onun Bakıda səfərini əks etdirən fotoşəkilləri dərc edilməmişdir. Bu sərginin nəticəsi olaraq TEAS Press Nəşriyyatı tərəfindən eyniadlı kataloq dərc edilib”.

Azərbaycanın Fransadaki səfiri Rəhman Mustafayev sərginin təşkili təşəbbüsünü yüksək qiymətləndirərkən billdirib ki, bu cür sərgilər bizə Bakının qədim tarixini anlamağa və həmin dövrdə dünyadakı mövqeyini nəzərə almağa imkan verir. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Rusiya İmperiyasının bir hissəsi olmağına və 1920-ci ildən sonra Sovet İttifaqının boyunduruğuna düşməsinə baxmayaraq, Bakı özünəməxsusluğunu qoruyub saxlamışdır.

Gürcüstanın Fransadaki səfiri xanım Ekaterina Siradze-Delaunay, Fransada Cənubi Qafqaz ölkələrinin mədəniyyəti və tarixinin təbliğində bu cür layihələrin vacibliyini və simvolik əhəmiyyətə malik olduğunu vurğulayıb.

Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell tarixin şahidi və mirasın qeydçisi kimi fotoqrafiyanın əhəmiyyətini və rolunu vurğulayaraq bu fotoşəkillərin Reims və Bakı arasında tarixi əlaqələrin göstəricisi kimi dəyərləndirib.

Tarix
2017.11.29 / 00:43
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla