Yuxarı

İpək yoluna aid tarixi xəritə muzeyə qaytarıldı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində İpək yoluna aid orta əsrlərdə çəkilmiş rəngli xəritə Pekin Saray Muzeyinə təqdim edilib.

Axar.az xəbər verir ki, 30 metr uzunluğu, 59 santimetr eni olan xəritənin Çində Min sülaləsinin (1368-1644-cü illər) hakimiyyəti dövründə ipək parça üzərində çəkildiyi güman olunur. Xəritədə Min sülaləsi dövründə Çin səddinin qərb qurtaracağında yerləşən Ciayuquan şəhərindən başlanğıcını götürən və Mərkəzi Asiyadan keçməklə Qərbi Asiyaya, Yaxın Şərqə qədər uzanan ticarət yolları, habelə İpək Yolu üzərində yerləşən 221 şəhər qeyd olunub. Təəssüf ki, orijinal xəritənin təxminən dördəbiri – Məkkədən İstanbula qədər olan hissə yoxdur. Mütəxəssislər güman edirlər ki, xəritəni alan kolleksiyaçılardan biri həmin hissəni ayrıca satmaq üçün kəsib götürüb.

Qeyd edək ki, başqa adı “Qadağan olunmuş şəhər” olan Pekin Saray Muzeyi 1420-ci ildən imperator sarayı kimi fəaliyyət göstərib. Çində 1911-ci ildə monarxiya devriləndən sonra saraydakı bir çox dəyərli əşya, o cümlədən qeyd olunan xəritə it-bata düşüb. Xəritəni 1930-cu ildə yapon iş adamı əntiq əşyalar dükanından alıb. Əsər 2002-ci ildən sonra bir neçə dəfə fərdi kolleksiyaçılar tərəfindən alınıb-satılıb. Onu sonucu dəfə ötən il 20 milyon ABŞ dollarına alan Huy Vin Mau adlı honq konqlu iş adamı əsəri Pekin Saray Muzeyinə hədiyyə edib.

Muzey rəhbərliyi xəritənin İpək Yolu üzərində yerləşən ölkələrə dair arxeoloji, coğrafi və linqvistik baxımdan tədqiqata töhfə verəcəyini bildirib. Əsər müvafiq bərpa prosesindən sonra muzeydə ictimaiyyətə nümayiş olunacaq.

Tarix
2017.12.05 / 01:56
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla