Yuxarı

İstanbulda AXC-nin 100 illiyi ilə bağlı sərgi keçirildi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümləri ilə əlaqədar İstanbuldakı Dəniz Muzeyində Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

Kult.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə açılan sərgi mayın 27-dək davam edəcək.

Sərginin açılışında baş konsul Məsim Hacıyev, İstanbul valisinin müavini İsmail Gültekin, digər rəsmi şəxslər, o cümlədən İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Sərgidə ümummilli lider Heydər Əliyevin. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, eləcə də Qafqaz İslam Ordusunun komandanlarının, o cümlədən xilaskar ordunun rəşadətini əks etdirən portretlər nümayiş olunur.

Rəsmi qonaqlara Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “İyirmi lirə” xatirə gümüş pul sikkəsi hədiyyə olunub.

Tarix
2018.05.24 / 22:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla