Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2018


Bu filmimizi zalda 2 min tamaşaçı izlədi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilmiş “Su - müharibə maşını” sənədli filminin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə jurnalist Azər Həsrət, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev və digər media təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev hər kəsi salamlayaraq, ötən gün Azərbaycan ordusunun sərgilədiyi hərbi paradın möhtəşəmliyindən danışıb. Onu çıxışından sonra isə film nümayiş olunub. Ü.Mirzəyev filmin rus, ingilis və ərəb dilində də yayımlandığını bildirib:

“Biz filmin maliyyə dəstəyi üçün Azərbaycan QHT-lərinə müraciət etdik. Onlardan dəstək alaraq, layihəni reallaşdırdıq. Mart ayında filmin ingilis dilində olan versiyasını 8-ci Dünya Su Forumunda təqdim etdik. 2 mindən çox insanın iştirak etdiyi auditoriyada bu filmin nümayişini həyata keçirdik”.

Daha sonra Elçin Mirzəbəyli çıxış edərək, Sərsəng su anbarı ilə bağlı informasiyaların təbliğ olunmasının Azərbaycanın haqlı davasının dünya miqyasına çıxmasında vacib olduğunu deyib.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə su probleminin təkcə Azərbaycanda deyil, bütün dünyada olduğunu bildirib:

“Ermənilər tərəfindən Sərsəng su anbarının işğal edilməsi Azərbaycanın bəzi ərazilərinin susuz qalmasına səbəb olub. Birmənalı şəkildə belə filmlərin çəkilməsi və yalnız Azərbaycanda deyil, dünyada nümayiş etdirilməsi vacibdir”.

Qeyd edək ki, film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə layihəsidir.

Tarix
2018.06.27 / 17:51
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Pikassonun oğurlanmış rəsm əsəri tapıldı - Foto

İnanılmaz: İsanın elə bir portreti tapıldı ki... – Foto

“Dostluğun sehri”nin qalibləri mükafatlandırıldı - Foto

Günay Türkiyədə master-klass keçdi

Türk rəssamın Həbibə qələbə hədiyyəsi - Foto

Görmə problemi ilə üzləşən məşhur rəssamlar...

Akademiya tələbələrinin rəsmləri gülüş doğurdu - Foto

Tiflisdə Merkelə gözlənilməz hədiyyə...

Stalinin "ölüm maskası" rekord qiymətə satıldı - Foto

Rəssamlarımızın əsərləri Türkiyədə təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla