Yuxarı

“Dostluğun sehri”nin qalibləri mükafatlandırıldı - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın paytaxtı Sofiyada “Nağıl dünyası” rəsm atelyesinin müxtəlif ölkələrdə keçirilmiş müsabiqələrdə qalib gəlmiş gənc rəssamlarının mükafatlandırılması mərasimi baş tutub.

Kult.az xəbər verir ki, mərasimdə Azərbaycan və Çexiyanın Bolqarıstandakı səfirləri iştirak edib. Tədbirdə çıxış edən səfirimiz Nərgiz Qurbanova bütün qalibləri, xüsusilə 2017-ci ildə Bakıda keçirilən “Dostluğun sehri” II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qaliblərini təbrik edərək, gənc istedadlara yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

N.Qurbanova tədbir iştirakçılarına Bolqarıstanın Sozopol şəhərində keçirilmiş “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində baş tutmuş plenerdə azərbaycanlı rəssamlar Bəhruz Kəngərli və Bəhram Xəlilovun iştirak etməsi barədə məlumat verib.

Mərasim çərçivəsində qaliblərin əsərlərindən ibarət sərgidə 5-16 yaş arası uşaqların 70-ə yaxın əsəri nümayiş olunub.

Sonda səfir “Dostluğun sehri” I Beynəlxalq Uşaq Rəsm müsabiqəsinin qaliblərinə diplom və medalları təqdim edib.

Tarix
2018.11.06 / 17:10
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla