Yuxarı

İlham Əliyevdən Salahova məktub...

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycanın Xalq rəssamı cənab Tahir Teymur oğlu Salahova təbrik məktubu ünvanlayıb.

Kult.az xəbər verir ki, təbrik məktubunda qeyd edilir:

"Hörmətli Tahir Teymur oğlu.

Bu gün Azərbaycanda əlamətdar tarix – Böyük Ustad, planetar miqyaslı rəssam, gözəl pedaqoq və ictimai xadim Tahir Salahovun yubileyi qeyd edilir.

Hörmətli Tahir Teymur oğlu, Sizi haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edirlər. Sizin əsərləriniz dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin “qızıl fondu”na daxildir. Onlar Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda bütöv bir dövr təşkil edir. Siz əsərlərinizdə altmışıncı illərin azadlıq ruhunu böyük ustad müdrikliyi ilə, təkrarolunmaz bənzərsizliyi həyatın bütün müxtəlifliyində görmək bacarığı ilə, şəksiz istedadı və ən yüksək ustalığı asanlıqla tanınan müəllif üslubu ilə heyrətamiz şəkildə birləşdirməyə nail olmusunuz. Bu, həqiqətən əsrlər boyu yaşamağa qabil olan əsil sənətdir.

Hörmətli Tahir Teymur oğlu.

Ola bilsin, bunu deyənlər haqlıdır ki, həqiqi sənətkar yaşadığı dünyanı sevməlidir. Sizin yaradıcılıq dünyanız parlaq və rəngarəngdir. Onun fərqləndirici cəhəti doğma ölkənizə - Azərbaycana həqiqi, səmimi vətənpərvərlik, dərin və ülvi sevgidir.

Siz həm çoxsaylı həmvətənlərimiz, həm də dünya yaradıcı ziyalılarının nümayəndələri üçün ən yüksək insani keyfiyyətlərin nümunəsi olmusunuz və belə olaraq qalırsınız. Parlaq erudisiyanız, həssaslığınız və məsuliyyətiniz Sizə ətrafdakı insanların sevgisini və dərin hörmətini qazandırıb. Siz, hörmətli Tahir Teymur oğlu, sadəcə böyük rəssam deyil, həm də heyrətamiz insan və gözəl müəllimsiniz. Dünya şöhrətli tanınmış ustad olmağınıza baxmayaraq, yaradıcı axtarış cəsarətini itirməmisiniz və yaradıcılıq enerjiniz əvvəlki kimi aşıb-daşır.

Hörmətli Tahir Teymur oğlu.

Yubileyiniz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti, bizi, Sizin böyük istedadınızın pərəstişkarlarını sevindirmək üçün əmin-amanlıq və yeni zəfərlər arzulayıram".

Tarix
2018.11.28 / 18:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla