Yuxarı

Nikaha girmək istəyən 7500 şəxsdə talassemiya çıxdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11 802 olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Talassemiya Mərkəzinin 2016-cı ilin 1 yarımilliyinə dair hesabatı Qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyi və xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqəti altındadır.

"2016-2020-cı illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı"nda müalicə tədbirləri ilə yanaşı əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsi həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan "Talassemiyasız həyat naminə" Proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkən insanlar daim yüksək səviyyədə müayinə və müalicələr alırlar.

Hazırda Mərkəzdə dispanser qeydiyyatında 2 729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir. 2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11 802 olub. Onlardan 1 630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Sevindirici haldır ki, cari ilin aprel ayında EBMT-nin Valensiya şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib. Eyni zamanda cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10 200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb.

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək 152 659 nəfər müayinədən keçib. 7 503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərədə müvafiq məsləhətlər verilib. "Bütün görülən işlərlə yanaşı "2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə" Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır", - nazirlikdən bildirilib.

Tarix
2016.08.01 / 10:22
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla