Yuxarı

Həkim terroru... Kim nə düşünür?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həkimlərə güvənmək olarmı?

Hər bir insan sağlamlığını qorumağa, bir dəfə gəldiyi həyatı istədiyi kimi yaşamağa çalışır. Amma nə yazıq ki, yaşadığımız ömür bəzən xəstəliklər, problemlərlə o qədər yüklənir ki, onu istədiyimiz kimi yaşaya bilmirik. Təbii ki, səhhətimizdə problem yaranandan ilk müraciət etdiyimiz həkimlər olur.

Həkim olmaq, insanların can güvənliyini təmin etmək, onların sənə dikilmiş ümid dolu baxışlarını boşa çıxarmamaq üçün çalışmaq təbii ki, böyük məsuliyyətdir. Amma nə yazıq ki, Azərbaycanda həkim adını daşıyan hər kəs bu məsuliyyəti hiss etmir.

Bəlkə də hər şeydə güzəştə getmək olar, amma ölkədə təhsil və səhiyyədə güzəştə getmək, olan problemləri görməzdən gəlmək o ölkənin indisi və gələcəyini məhv etməkdir.

Bu üzdən də Azərbaycan səhiyyəsində baş alıb gedən problemlərin, həm savadsızlıq, həm də vicdansızlıq insanların faciəsinə səbəb olduğundan həkim terrorunun qarşısını almaq üçün məncə hər kəs əlini daşın altına qoymalıdır.

Çünki söhbət hamının üzləşə biləcəyi faciədən, qarşılaşacağı vicdansızlıqdan gedir.

Təbii ki, bütün ölkələrdə hansısa xəstə əməliyyat zamanı dünyasını dəyişə bilər, ya da müalicə effekt verməyə bilər. Amma Azərbaycanda durum bir qədər fərqlidir, çünki bizdə həkimlərin üzündən dünyasını dəyişənlərin faciəsi təsadüfdən doğmur.

Nə baş verir, insanların həkimlərimizə niyə inamı yoxdur? Niyə Azərbaycan İran sərhədi İrana nicat tapmaq üçün az qala yürüş edən insanlarla qaynayır?!

Bu suallara cavab almaq üçün bir necə şəxsə müraciət etdik və onların həkimlərimizə nə qədər güvəndiyini öyrənmək istədik.

Əkrəm Əylisli özü-özünü müalicə edir

Yazar Əkrəm Əylisli ümumiyyətlə həkimlərə güvənmir, çünki yazara görə hər bir insan özü-özünün həkimi olmalıdır. Yazar bildirdi ki, yazılan dərmanların çox olması elə adamı xəstə edir, ona gərə də o xəstələndikdə daha çox bildiyi üsullarla özünü müalicə edir. Yayılan xəbərlərə gəlincə, Ə.Əylisli onları bir az şişirdilmiş hesab edir və düşünür ki, araşdırmaya ehtiyac var.

Rəşad Məcidə görə xaricə getməyə ehtiyac yoxdur

Rəşad Məcidsə hesab edir ki, xəstə həkimlə söhbət etdikdən sonra onun səviyyəsini müəyyən edə bilər və təbii ki, savadsız həkimlər də yox deyil. Yazara görə indi ölkədə bütün müasir avadanlıqlar olduğundan xaricə getməyə ehtiyac yoxdur. Savadına güvəndiyi bir necə həkimin adını çəkən müsahibimiz onu da bildirdi ki, indi səhiyyədə əsas problemlərdən biri qiymətlərin baha olmasıdır.

Gözəl Bayramlı bir neçə dəfə səhv etdiyini deyir

AXCP sədrinin müavini Gözəl Bayramlıya gəlincə o etiraf edir ki, hətta özü də bir necə dəfə səhv edib. Gözəl xanım qeyd edir ki, müəyyən səbəblər həkimlərə olan inamın azalmasına səbəb olub: "Mən özüm də bir neçə dəfə səhvə yol vermişəm. Həkimlərin hansı üsullarla yaşamağın yolunu tapdıqlarını bilmək çox təəccüblüdür. Onlar bəzən yanlarına gələn xəstəni başqa tanış dostlarının yanlarına göndərib deyirlər ki, sənin xəstəliyinin çarəsi bu həkimdədir. Hansı ki, o həkim özü də bilir ki, xəstəni yanına göndərdiyi həkim yalnız ondan gəlir kimi istifadə edəcək. Bu cür hallarla çox qarşılaşmışam. O üzdən daha çox təbii üsullarla müalicələrə üstünlük verirəm. Mənə elə gəlir xaricdə təhsil alıb gələn həkimlərimiz daha uğurlu müalicə üsullarından istifadə edirlər. Çünki orada təhsil sistemi daha uğurludur.

Zahid Orucun fikirləri Əkrəm bəylə üst-üstə düşür

Zahid Oruca görə, biz gündəlik monitorinqlər keçirsək, görərik ki, həkimlərə kifayət qədər müraciət edən, pənah gətirən insanlar var. Amma etiraf etmək lazımdır ki, sovet dövründə formalaşan həkimlərin əksəriyyəti öz bildiklərinə qapanıb qalıblar. Onlar yeni müasir texnologiyalarla ayaqlaşa bilmirlər. Buna görə də bizim aparıcı, peşəkar həkimlərə ehtiyacımız var. Səhiyyəyə nə qədər vəsait qoyulursa-qoyulsun əgər gələn həkimlər öz əməklərinə, peşələrinə inam göstərməyəcəklərsə, həmin avadanlıqlar heç vaxt öz funksiyasını yüksək səviyyədə həyata keçirməyəcək. Biz tələbələrin xaricə göndərilməsi və kadr kimi yetişdirilməsində maraqlı olmalıyıq. Adətən biz problemləri daha çox qabardırıq, amma şəfa tapan insanlar haqqında heç danışmırıq. Məncə, həkimlərimizi bu qədər savadsız olaraq təqdim etməyə ehtiyac yoxdur.

Sonda Z. Oruc bildirdi ki, o, səhhətində problem yarananda yerli həkimlərə müraciət edir.

Həkimlər özləri necə, həmkarlarına inanırmı?

Mərkəzi Klinik xəstəxananın kardioloqu Firdovsi İbrahimlinin fikirlərini aldıq. Bəlli oldu ki, o həmkarlarına inanır. Firdovsi həkim bildirdi ki, əvvəllər bu sahədə boşluq var idi. Amma indi kifayət qədər yaxşı yerli həkimlərimiz var. Mən və bütün ailə üzvlərim hər zaman yerli həkimlərə müraciət edirik. Azərbaycan tibbi təhsil sistemində artıq Avropa ilə müqayisədə heç də fərqli deyil. İnsanların ortalama yaş müddətini götürdüyü zaman biz Şərqi Avropa ilə ortalama bir yerlərdəyək. Bu baradə yaş həddində azalma müşahidə olunmur. O ki qaldı əməliyyatlara, burada xüsusi boşluq var. Bu təkcə ölkədə deyil, bütün dünyanı əhatə edən bir problemdir. Avropanın mərkəzində də bu say kifayət qədər özünü göstərir. Mən isə hər zaman yerli həkimlərə müraciət etmişəm.

Tarix
2013.11.05 / 15:31
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla