Yuxarı

Hirs və əsəbin fərqi – Psixoloqdan tövsiyə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsəbi olmaqla hirslənməyi bir-birinə qarışdırmaq olmaz. Hirs adətən müəyyən bir maneə olduqda ortaya çıxır və səbəb ortadan qalxdıqda o da ortadan qalxır.

Bu sözləri psixoloq Esmira Teymurova əsəbiliklə hirslənməyin fərqi barədə Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, hirs və əsəbi meydana çıxaran səbəbləri müəyyənləşdirmək lazımdır:

"Hirsi əmələ gətirən səbəbləri də araşdırmaq lazımdır. Məsələn, deyək ki, hava soyuqdur, uşaq isə çölə çıxıb oynamaq istəyir. Ana uşağa havanın soyuq olduğunu deyir və icazə vermir. Bu zaman o hirslənir, sanki bu evdə sevilmir, istəkləri yerinə yetirilmir. Valideynə söz qaytarır, ağlayır. Bir az keçdikdən sonra isə bu fazadan başqa bir fazaya keçir. Hirsi ilə barışır, çöldə soyuq olduğunu anlayır və başqa şeylərlə maraqlanmağa başlayır. Yenidən gülərüz, şən durum yaradır. Hirsin baş verməsi, qabardılması, özünü göstərməsi bir qədər tərbiyəvi əhəmiyyətlidir. Amma əsəbdə yuxarıda qeyd olunan səbəblərin davamlılığı, prenatal dövrün travma ilə inkişafı, daimi ailə münaqişələri, şəxsiyyətinə verilməyən dəyərlər fonunda ortaya çıxır. Yəni hirs qısa müddətli və keçici ortaya çıxan neqativ psixoloji durum sayılırsa, əsəb birbaşa sinir sisteminin qeyri-normal inkişafı prosesində uzunmüddətli psixi pozuntudur. Əsəbilik ümumi haldır və belə hallarda daha çox mütəxəssis köməyinə ehtiyac var.

Mütəxəssis bildirib ki, qarşımızdakının əsəbi olduğunu dəqiqləşdirmək üçün aşağıdakı xüsusiyyətlərə diqqət etməyi vacib sayır:

- Əsasən arıq olurlar;

- Həddindən artıq həssasdırlar;

- Yüngül qaşınmalar belə dərilərində iz qalmasına səbəb olur;

- Həmişə "sayıqdırlar ";

- Güclü görünsələr də, əslində zəifdirlər;

- Hər dediklərini etməyə çalışırlar;

- Tez-tez və dərin nəfəs alırlar;

- Tez küsürlər;

- Tez yorulurlar;

- Yuxu rejimləri yoxdur;

- Yemək problemləri var;

- Bəzən ən adi hadislərə də sərt reaksiya göstərirlər;

- İnsanlarla ünsiyyətdə çətinlik çəkirlər.

Əgər sizin uşağınızda da bu xüsusiyyətlər varsa, o, əsəbi uşaqdır. Belə uşaqlar üçün isə mütləq mütəxəssis köməyindən istifadə edin. Yeri gəlmişkən deyək ki, yuxarıda göstərilən xüsusiyyətlərə görə uşaqla sərt davranmaq və ya sıxışdırmaq olmaz. Çünki bu problemin daha da böyüməsinə səbəb ola bilər.

Tarix
2016.11.21 / 23:09
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla