Yuxarı

Bu xəstəxanalara direktor təyin ediləcək, baş həkimlər isə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi ərazilərdə - Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə direktorlar təyin ediləcək.

Bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, direktorlar təyin edildikdən sonra onlar yalnız inzibati, təsərrüfat, biznes-maliyyə işlərinə nəzarət edəcəklər. Direktorlar korporativ müştərilərin cəlb olunması, ətraf rayonlarda olmayan xidmətlərin xəstəxanada yaradılması və əhaliyə təqdim olunması, müəssisənin inkişafı üçün strategiya, biznes planını hazırlayacaqlar.

V.Qurbanov deyib ki, xəstəxanaların baş həkimləri yalnız müalicə işlərinə nəzarət edəcəklər:

“İndi baş həkimlər sadalanan işlərin hamısını yerinə yetirə bilmirlər, çünki işləri çoxdur. Biz baş həkimin üzərinə düşən yükü azaldacağıq. Bununla həm də baş həkimin işinin effektivliyi artırılacaq. Özəl klinikaların hamısında həm baş direktor, həm də direktorun 1-ci müavini - baş həkim olur. Baş həkim müalicə işlərinə nəzarət edir. Eyni strukturun dövlət müəssisələrində də yaradılması nəzərdə tutulur”.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. Gələn il yanvarın 1-dən qurumların Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Tarix
2016.12.08 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla