Yuxarı

Azərbaycanda ənənəvi reseptlərə son

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elektron həllərin (həll variantlarının) işlənib hazırlanmasını, yüksək keyfiyyətdə və hamı üçün əlçatan səhiyyə xidmətlərinin göstərilməsini təmin edəcək elektron səhiyyə proqramının yaradılması nəzərdən keçiriləcək.

Trend-in məlumatına görə, “Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə qeyd edilib.

Sənədə görə, proqramın yaradılmasında əsas məqsəd pasiyentlərin məmnunluğuna yönəlmiş səhiyyə sisteminin formalaşdırılmasının təşviq olunmasıdır. Bu sistem pasiyentlərin səmərəli və ehtiyaclarına uyğun şəkildə məlumatlandırılmasına şərait yaradacaq. Elektron səhiyyə proqramı icbari tibbi sığorta sahəsində fəaliyyət göstərən dövlət qurumu tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə yaradılacaq və onun fəaliyyəti adıçəkilən dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı çərçivəsində təmin ediləcək.

Elektron səhiyyə proqramının əsas fəaliyyət istiqamətləri onun fəaliyyətini tənzimləyən sənədlə (nizamnamə) müəyyən ediləcək. Bu istiqamətlər Azərbaycan səhiyyə informasiya sisteminin komponentlərinin işlənib hazırlanması, idarə olunması və bu məqsədlərə nail olunması ilə bağlı zəruri fəaliyyətlərin əlaqələndirilməsindən ibarət olacaq.

Proqram çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə bir neçə komponenti - elektron səhiyyə məlumatlarını, elektron qeydiyyat, rəqəmsal təsvirlər və elektron resepti birləşdirəcək.

Səhiyyə ilə bağlı zəruri informasiyaların işlənib hazırlanması üçün baza rolunu oynayacaq bu məlumatlar tibb xidmətlərinin göstərilməsinə dair müqavilələrin bağlanmasına və icrasına, pasiyentlərin hüquqlarının etibarlı şəkildə qorunmasına,

ictimai səhiyyənin və yüksək keyfiyyətli səhiyyə xidmətlərinin təmin edilməsinə, sağlamlıq vəziyyəti ilə bağlı reyestrlərin və ümumilikdə, səhiyyə infrastrukturunun daha effektiv idarə olunmasına şərait yaradacaq.

Rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaqdır. Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılmaqla, kağız daşıyıcılarda təqdim olunur. Bundan əlavə, həkimlər yazdıqları reseptlərin sayı və növünü özündə əks etdirən hesabat hazırlayırlar. Pasiyent kağız resepti əczaçıya təqdim edir və əczaçı resepti öz məlumat sisteminə daxil etdikdən sonra müvafiq dərmanları təqdim edir. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar.

Yol xəritəsində bildirilir ki, rəqəmsal resept sisteminin tətbiqi məqsədilə elektron səhiyyə proqramı çərçivəsində rəqəmsal resept standartları işlənib hazırlanacaq. Rəqəmsal resept sisteminə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək, həkimlər pasiyentin unikal elektron identifikasiya nömrəsinə uyğun rəqəmsal resept tərtib edərək, mərkəzi elektron tibbi uçot sisteminin yaddaşına ötürəcəklər. Pasiyent tərəfindən istənilən əczaçıya müraciət edilərək, şəxsiyyət vəsiqəsi və ya rəqəmsal resept nömrəsi təqdim edilməklə və əczaçı tərəfindən həmin məlumatlar rəqəmsal resept sistemində yoxlanılmaqla, tələb edilən dərman ləvazimatları əldə ediləcək.

Bu prioritetin icrası üçün 2020-ci ilədək 276 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Tarix
2017.01.02 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla