Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Aprel 2018


Rusiyalı alimdən inanılmaz kəşf

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə Rusiyanın Saxa respublikasında yerləşən Mamut dağı ətəklərində, buzlaq altında tapılan 3.5 milyon illik bakteriyanın inanılmaz xüsusiyyətləri aşkar edilib.

Axar.az xəbər verir ki, Moskva Dövlət Universitetinin alimi Anatoli Brouçkov 3 il davam edən araşdırmalardan sonra “Bakillus F” adlı bu bakteriyanın hüceyrələri cavanlaşdırdığını və immun sistemini gücləndirdiyini kəşf edib. Alim 2012-ci ildə aparılan labaratoriya testlərini əvvəlcə siçanlar, sonra isə öz üzərində sınaqdan keçirib.

“Siberian Tayms” qəzetinə açıqlama verən Brouçkov son iki ildə qrip virusuna belə yaxalanmadığını deyib: “Daha çox çalışmağa başladım. Son iki ildir heç qripə yoluxmamışam. Siçanlar üzərində aparılan araşdırmalardan sonra öz özərimdə test keçirməyə qərar verdim. Yakut türklərinin uzunömürlü olmasının sirri bölgədəki sularda olan bu bakteriyadır.

Bakteriyanın insan orqanizmində necə pozitiv xüsusiyyət yaratdığını dəqiq öyrənə bilməmişik. “Aspirin”in də necə təsir etdiyini bilmirik, ancaq edir. Eyni şey burada da keçərlidir. Mexanizmi bilmirik, amma nəticə göz qabağındadır. Ölməyən bakteriyaların olduğunu və bu bakteriyaların özlərini ətraf aləmdən qoruya bildiyini düşünürəm”.

Qeyd edək ki, Sibirin donmuş torpaqlarında sözügedən bakteriyadan başqa qeyri-adi bakteriyalar da yaşayır. Bu bakteriyalardan biri neft molekullarını yox edir. “Siberian Tayms”ın xəbərinə görə, bu bakteriyalardan neft tullantılarını təmziləməkdə istifadə oluna bilər.

Tarix
2017.01.04 / 16:22
Müəllif
Hacı Qulu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Səhiyyə naziri vəzifəsini kim icra edir? - Rəsmi cavab

Qırılmış qəlbi müalicə edən dərman aşkar olunub

Unutqanlıq xəstəliyi - Amneziya

Çayın qadınlar üçün inanılmaz faydası aşkar edildi

Vaxtından əvvəl yetişdirilən meyvələr çox ziyanlıdır - Professor

Bu əlamətlər varsa, dərhal psixoloqa gedin – Həkim

İnfarkt zamanı ölümdən qurtulmağın yolu açıqlandı

Nazirdən Formula-1 əmri: iki xəstəxana ayrıldı

"Azercell"in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

Bakını toz bürüdü: təhlükədən necə qorunaq? – Açıqlama

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla