Yuxarı

Şəkərsiz diet içkilər də kökəldirmiş

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda fəaliyyət göstərən İmperial Kollec Universitetinin alimləri şəkər əvəzinə şirinləşdiricilər qatılmış içkilərin heç də az ziyanlı olmadığını aşkar ediblər.

Axar.az xəbər verir ki, alimlərin fikrincə şəkərsiz və ya diet içkilər də şəkərli içkilər kimi artıq çəkinin yaranmasına səbəb olur.

Son 30 ilə aid elmi məlumatların təhlili göstərib ki, şəkərsiz içkilərin artıq çəkinin və ya diabetin qarşısını aldığı barədə əsaslı dəlillər yoxdur.

Şəkərsiz içkilərin kalorisi aşağı olsa da, onlar beynin şirin dad reseptorlarını qıcıqlandırır və insanı daha çox qida qəbuluna təhrik edir.

Üstəlik, şəkərsiz içkilərin ziyansız olduğunu düşünən insanlar onları ifrat həcmdə istehlak edirlər.

Yeni araşdırmanın müəllifləri bunu da bildirirlər ki, şəkərsiz içkilərin ziyansız olduğunu isbat edən elmi araşdırmaları sərinləşdirici içkilər sənayesi maliyyələşdirib və bu səbəbdən etibarlı sayıla bilməz.

Britaniya Alkoqolsuz İçkilər Assosiasiyası şəkərsiz içkilərin tənqid atəşinə tutulmasını düzgün addım hesab etmir. Assosiasiya bu içkilərdə kalorinin həqiqətən də aşağı olduğunu açıqlayıb:

“Bu, insanları şəkərli içkilərə üz tutmağa vadar edə bilər. İfrat şəkərin insan sağlamlığına ziyanını isə sübut etməyə ehtiyac yoxdur”.

Tarix
2017.01.05 / 01:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla