Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Avqust 2017


Avtobuslarda vərəm yayıla bilər - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılmaması vərəm xəstəliyinin yayılmasına səbəb ola bilər.

Bunu Report-a açıqlamasında həkim-ftiziatr Polad Muradov bildirib.

Onun sözlərinə görə, vərəmə yoluxan hansısa bir şəxs xəstəliyini avtobusda digərlərinə də keçirə bilər: "Vərəm xəstəliyi 95 faiz hallarda hava-damcı yolu ilə keçir. Əşyalarla yoluxma isə cəmi 5 faizə qədərdir. Ancaq vərəm xəstəliyinə yoluxan şəxs ictimai nəqliyyatdan istifadə edərkən ağız suyu və s. bulaşmış əli ilə tutacaqdan tutmaqla sağlam adamı da yoluxdura bilər".

Həkim-ftiziatr deyib ki, vərəmə yoluxan insanda xəstəliyin əlamətləri tez müşahidə edilmir: "Əgər orqanizm zəifləyərsə, xəstəlik özünü büruzə verə bilər. Vərəmə yoluxmamaq üçün soyuqdan qorunmaq lazımdır. Xəstə insanla təmasda da olmamaq daha yaxşıdır. Otaqların havası tez-tez dəyişdirilməlidir. Təbii ki, hər bir öskürən insan vərəm deyil. Öskürək çox zaman yuxarı tənəffüs yollarının iltihabının aşağı tənəffüs yollarına keçməsi nəticəsində yaranır. Orqanizmi bu problemdən qorumaq üçün immuniteti gücləndirmək vacibdir".

Tarix
2017.01.09 / 16:05
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Əzələ ağrılarının effektli müalicəsi - Video

Qeydiyyatsız dərmanlar niyə satılır? - Açıqlama

Bu insanlar çay içməməlidir - Ziyanları

Alimlər bədxassəli xalların yaranma səbəbini tapdılar

Xərçəng xəstələrinə şad xəbər - Effektiv müalicə üsulu

Saçları fenlə qurutmaq ziyanlıdır? - Araşdırma

Tibbdə inqilab: şəkər xəstələrinə şad xəbər – Video

Apteklərdə lisenziyasız dərmanlar satılır – Diqqət

Əncir bu 3 xəstəliyi müalicə edir

Bioloji Təbabətdə qanın mikroskopiyası - Video

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla