Yuxarı

Dərmanlarla bağlı yayılan xəbər yalan çıxdı - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecədən etibarən Votsap və digər sosial şəbəkələrlə yayılan mesajda Azərbaycanda 3-12 yaşları arasında olan 12 uşağın qəflətən öldüyü, onların ölümünə dərmanların səbəb olduğu yazılıb.

Xəzər xəbər məlumat verir ki, mesajda uşaqların dərman preparatından baş verən allergiyanın qurbanı olduqları yazılıb. Hətta daha təsiredici olsun deyə, mesajda polisin məsələni araşdırdığı, adı çəkilən dərmanların bir hissəsinin apteklərdən yığışdırılmaqda olduğu, ancaq hələlik bəzilərində qaldığı qeyd edilib.

Məsələ ilə bağlı bir neçə aptekə müraciət etdik və məlum oldu ki, mesajda təhlükəli kimi adı çəkilən dərmanlarla bağlı heç bir göstəriş olmayıb və bu vaxta qədər heç bir istifadəçi bu dərmanlardan şikayət etməyib.

Naməlum mənbənin yaydığı mesajda adları verilən dərman preparatlarının qəbulunu heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülənədək məhdudlaşdırmaq da məsləhət görülüb. Mesajda digər bir məqam da təhlükəli adlandırılan preparatların səbəb ola biləcəyi allergiyaya görə digər 2 dərmanın məsləhət görülməsidir. Əczaçılar deyir ki, alternativ olaraq görülən dərmanlar adı çəkilən “ölümcül dərmanlar”ı əvəz edə bilməz.

Səhiyyə Nazirliyinin də məsələ ilə bağlı açıqlamasında bildirilir ki, yayılan məlumat yanlışdır və həqiqətə uyğun deyil. Bu xəbərlər müxtəlif dövrlərdə və ölkələrdə həmin dərmanların əks təbliğatını aparmaq üçün yayılan spam-mesajlardır. 12 uşağın ölümü isə qəti şəkildə yalandır. Marketoloqlar da yayılan mesajın qara piar olduğunun açıq-aşkar göründüyünü deyirlər.

Marketoloq deyir ki, bu üsuldan daha çox Votsapda istifadə olunur. Çünki insana sosial şəbəkədəki müraciətdənsə, telefonuna şəxsən gələn mesajın təsiri daha çox olur və burada daha tez yayılır.

Tarix
2017.02.10 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla