Yuxarı

Valideynlərin qorxduğu diaqnoz - Disbakterioz nədir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlarda bağırsağın disbakteriozu tez-tez rast gəlinən və çox aktual olan problemlərdən biridir. Valideynlər uşağın qarnında köp, sancı, ishal, qəbizlik kimi simptomlar müşahidə etdikdə dərhal həkimə müraciət edir.

Disbakterioz diaqnozu ilə dəfələrlə nəcisi əkdirir və həyəcan hissi ilə aşkar olunan bakteriyaları məhv etmək üçün müxtəlif preparatlar alırlar, nəticədə isə böyük bir effekt əldə edə bilmirlər. Gəlin aydınlaşdıraq, disbakterioz nə deməkdir, hansı səbəbdən yaranır və onu necə müalicə etmək lazımdır?

Bağırsağın disbakteriozu xəstəlik deyil, sindromdur, yəni hər hansı bir səbəbdən normal bağırsaq florasının pozulması deməkdir!

Normal bağırsaq florasını əsas bifidobakteriyalar, laktobakteriyalar, bakteroidlər təşkil edirlər. Bu bakteriyalar orqanizm üçün çox vacibdirlər və bir sıra əhəmiyyətli funksiyalar yerinə yetirirlər. Onlar:

- vitamin sintezində;

- uşağın fiziki inkişafında;

- immun sisteminin fəaliyyətində;

- xəstəlik törədən bakteriyalara qarşı müdafiədə;

- xərçəng xəstəliyinə qarşı müdafiədə və digər vacib funksiyalarda iştirak edirlər.

Nəcisin əkilməsi zamanı rast gəlinən stafilokokklar, streptokokklar, bağırsaq çöpü, kandida və digər mikroblar normada yoğun bağırsaqda az miqdarda olurlar. Aşkar olunan mikrobların miqdarı normanı aşmırsa, ciddi bir problem yoxdur. Normativləri isə hər bir laboratoriya təqdim etməlidir.

Bəs hansı səbəblərdən yoğun bağırsağın disbakteriozu yarana bilər?

- antibiotiklərin qəbulu (xəstəlik törədən mikroblarla yanaşı vacib olan bakteriyalar da məhv olunur);

- mədə-bağırsaq xəstəlikləri;

- bağırsaqda qurd-parazitlərin olması;

- qeyri-rasional qidalanma (qidada şirniyyatın, xəmir xörəklərinin, ətin meyvə-tərəvəzdən, lifli qidadan üstün olması);

- immun sisteminin zəifləməsi və sairə.

İnsanda disbakterioz aşkar olunduqda, ilk öncə bu problemi yaradan səbəbi araşdırıb, aradan qaldırmaq lazımdır, yanaşı olaraq bağırsaq florasının fəaliyyətini və miqdarını normallaşdırmaq üçün preparatlar təyin etmək vacibdir. Əks halda təyin olunan müalicə qısamüddətli, yaxud effektsiz olacaq.

Lent.az

Tarix
2017.02.13 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla