Yuxarı

Təcili tibbi yardım ödənişli olacaq? – Rəsmi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təcili tibbi yardım xidmətinin pullu olması barədə yayılan məlumatlar yanlışdır.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova təcili tibbi yardımın ödənişli olacağı ilə bağlı yayılan xəbərlər haqda Axar.az-a danışarkən deyib.

O, təcili yardımın pulsuz olacağını bildirib:

“Təcili tibbi yardım pulsuzdur, bundan sonra da pulsuz olaraq qalacaq. Yaxın vaxtlarda bu haqda geniş məlumat yayacağıq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə xidmət müqabilində ödənişin həyata keçirilməsinin nəzərdə tutulması haqda xəbərlər yayılıb.

Tarix
2017.02.16 / 12:07
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla